30 nəfərdən ancaq beşi: Tələbələrin ailə həkimliyindən qaçmasının səbəbi kafedra müdirinin dilindən

30 nəfərdən ancaq beşi: Tələbələrin ailə həkimliyindən qaçmasının səbəbi kafedra müdirinin dilindənSəhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə zamanı xatırladıb ki, 2020-ci ildən Azərbaycan Tibb Universitetində rezidenturada ailə həkimi ixtisası üzrə qəbul həyata keçirilir. O bildirib ki, indiyə qədər bu proqram üzrə otuz nəfər imtahandan keçərək qəbul olunub, lakin cəmi beş nəfər proqramı yekunlaşdırıb.

"Bu say hazırda ilkin səhiyyə xidmətində ailə həkiminə olan tələbatı ödəmir", - deyə o qeyd edib.

Mövcud problemin səbəbləri və həll yolları barədə Oxu.Az-ın suallarını Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri professor İbrahim İsayev cavablandırıb.

Professor deyib ki, bütün dünya ölkələrində ailə həkimliyi üzrə rezidentura təhsili almaq istəyənlərin sayı digər ixtisaslarla müqayisədə azdır və bunun əsas səbəblərindən biri ailə həkimlərinin aldıqları məvacibin az olmasıdır:

"Nümunə üçün deyim ki, ötən əsrin 70-ci illərindən ailə həkimi modelinə keçmiş qonşu ölkə Türkiyədə belə, ilkin səhiyyədə - Ailə Sağlamlıq Mərkəzlərində (ASM) çalışan həkimlərin çox azı ailə həkimliyi ixtisası üzrə rezidentura təhsili alanlardır. Bunun da səbəbi tibb üzrə təhsil aldıqdan və dörd-beş il əlavə rezidentura təhsili üçün vaxt sərf etdikdən sonra alınan məvacibin buna adekvat olmamasıdır. Buna görə də təbii olaraq, əksər məzunlar daha prestijli ixtisaslar seçməyi üstün tuturlar".

İ.İsayev bildirib ki, Azərbaycan Tibb Universitetində ailə həkimliyi üzrə rezidenturaya daxil olub, sonradan bitirməyənlərin, demək olar, hamısı digər dar ixtisaslar üzrə Azərbaycanda, Türkiyədə və ya Almaniyada təhsil almağa üstünlük verib.

Professorun sözlərinə görə, Qərb ölkələrində belə, ixtisaslı ailə həkimlərinin sayı azdır və ailə həkimi kimi çalışanların əksəriyyəti ümumi tibbi təhsilə malik olanlardır:

"Amma Qərb ölkələrində ailə həkimi kimi çalışan həkimlər müəyyən cəlbedici maddi, sosial imtiyazlara malikdirlər".

"Bütün mütərəqqi başlanğıclarda çətinliklər olur. Ölkəmizdə əhaliyə ilkin səhiyyənin əlçatanlığını və fərdi yanaşmanı təmin etmək üçün ailə həkimi modelinə keçilməsi dövlətin uğurlu strateji istiqamətlərindən biridir. Mövcud "Semaşko" tibbi xidmət sistemindən ailə həkimliyinə keçid müəyyən vaxt və resurs tələb edir", - deyə o qeyd edib.

Qeyd edək ki, ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir. Hər bir şəxs səhhətində yaranmış problemlə əlaqədar ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimləri müalicə təyin edə, tibbi göstəriş əsasında laborator və instrumental müayinələrə, ehtiyac olduqda isə ixtisas həkiminə göndəriş verə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 02 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr