"Yaxın zamanda işğaldan azad olunan ərazilərimiz minalardan tam təmizlənəcək" - DEPUTAT
Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Bu gün qayıdış, bərpa-quruculuq işləri üçün ən böyük maneə Ermənistanın basdırdığı minalardır. Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı apardığı mina terroru davam edir.
Milli Məclisin deputatı Mahir Süleymanov bu barədə Sonxeber.az - a danışıb:
"Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərimizə böyük köç başlayıb. Təbii ki, minalardan təmizlənmə mühim əhəmiyyət kəsb edən bir məsələdir. Buna görə prezidentimizin sərəncamı ilə Azərbaycan Respublikasında Minatəmizləmə Agentliyi yaradılıb. Həmin agentlik bu sahədə işlərin görülməsində çox mühim rol oynayır. Ermənistanın mənfur siyasəti nəticəsində son 30 ildən artıq müddətdə bizim işğal altında olan torpaqlarımızda böyük dağıntılar həyata keçirilib. Məscidlərimiz dağıdılıb, mədəni abidələrimiz məhv edilib. Ərazilərimizdə salamat heç bir bina, ev qalmayıb. Bunlar Ermənistanın vəhşi siyasətinin nəticəsidir. O ərazilərdə basdırılan minalar da Ermənilərin soyqırımsevər millət olduğunun, insanlığa qarşı necə mənfur davrandığının əyani sübutudur. Bildiyiniz kimi artıq bu sahədə işlər aparılır. Minatəmizləmə üçün böyük avadanlıqlar alınıb. Onlar işğaldan azad olunan ərazilərimizdə fəaliyyətə başlayıb. Ümid edirik ki, yaxın zamanda işğaldan azad olunan ərazilərimiz minalardan tam təmizlənəcək. Vətəndaşlarınlz həmin torpaqlarımızda əmin amanlıqla yaşayacaq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1358 Tarix: 10 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məhz İnvestisiya Forumunda iqtisadi artımın təməli qoyulur
Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. Çünki hazırda dünyada investisiya uğrunda mübarizə gedir, hər bir ölkə çalışır ki, xarici investorlar
28 sentyabrAzərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi
Qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda "yaşıl enerji" artıq dövlətlərin iqtisadi və geosiyasi strategiyalarının əsas sütunlarından birinə çevrilib. Son illərdə Azərbaycan da neft-qaz ixracatçısı imicindən kənara çıxaraq özünü bərpa olunan enerji istehsalçısı və gələcəkd
28 sentyabrQalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRH
"Uzun illər boyu Azərbaycan torpaqları işğal altında idi. Mənim ilkin gəncliyim dövründə həmin torpaqlar işğal edilmişdi və biz daim bunun əziyyətini yaşayırdıq. Xüsusilə beynəlxalq qurumlarda, təşkilatlarda və platformalarda fəal iştirak edən biri kimi tez-tez ermənilərlə üz-üzə gəlirdim. Onla
28 sentyabrPrezident: "Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır"
"İnvestisiyalar. Bizim bağladığımız müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. Dövlətimizin başçısı həmçinin qeyd edib: "3
26 sentyabrPrezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"
"Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə söyləyib. "Gücl
26 sentyabrAzərbaycanın yeni investisiya modeli - Yaşıl enerji
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident İlham Əliyevin himayəsi altında keçirilə
28 sentyabrMeloni İlham Əliyevə təşəkkür edib
İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəlib. "Report"un xəbərinə görə, bu barədə İtaliyanın Baş nazir
28 sentyabr