Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi

Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsiQlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda "yaşıl enerji" artıq dövlətlərin iqtisadi və geosiyasi strategiyalarının əsas sütunlarından birinə çevrilib. Son illərdə Azərbaycan da neft-qaz ixracatçısı imicindən kənara çıxaraq özünü bərpa olunan enerji istehsalçısı və gələcəkdə bu enerjinin ixracatçısı kimi mövqeləndirməyə çalışır. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin yeni enerji strategiyasının təqdim olunduğu platforma kimi diqqət çəkir. Forumda səsləndirilən fikirlər göstərir ki, ölkəmizin "yaşıl enerji" gündəliyi daha geniş məqsədləri əhatə edir. Söhbət Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirəcək yeni enerji arxitekturasının formalaşdırılmasından gedir. Bu isə həm regional əməkdaşlıq, həm də iri həcmli investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Asiyadan Avropaya qədər uzanan inteqrasiya olunmuş və şaxələndirilmiş elektrik enerjisi əlaqələri şəbəkəsi yaratmağı hədəfləyib. Əsas məqsəd Azərbaycanın müxtəlif regionlar arasında enerji axınlarını birləşdirən əsas enerji qovşaqlarından birinə çevrilməsidir. Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə işlər sürətlə davam edir və layihənin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında tamamlanması, dəhlizin isə 2030-cu ildə istismara verilməsi planlaşdırılır. Beləliklə, Forumun ən mühüm nəticələrindən biri "yaşıl enerji"nin regional inteqrasiya mexanizmi kimi təqdim olunur.
"Yaşıl enerji" ilə bağlı ən mühüm məsələlərdən biri maliyyələşdirmədir. Günəş və külək elektrik stansiyalarının tikintisi, enerji ötürmə xətlərinin yaradılması və dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsi böyük həcmdə investisiya tələb edir. Azərbaycanda bərpa olunan enerji layihələri 15-20 illik uzunmüddətli maliyyələşmə tələb edir və hazırda əsas yük beynəlxalq maliyyə təşkilatlarının üzərinə düşür. Yerli kommersiya bankları belə uzunmüddətli maliyyələşməni təmin etmək imkanlarına malik deyil, halbuki milli valyutada uzunmüddətli kreditləşmənin genişləndirilməsi vacibdir. Yəni, dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da "yaşıl enerji" layihələrinin uğuru maliyyə ekosisteminin hazırlığından asılı olacaq. İnvestorlar üçün uzunmüddətli sabitlik, hüquqi təminatlar və maliyyə mexanizmləri formalaşdırılmadan iri layihələrin həyata keçirilməsi çətin görünür. Məhz buna görə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas töhfələrindən biri dövlət, investorlar və beynəlxalq maliyyə institutları arasında dialoq platforması yaratmasıdır.
Tədbir çərçivəsində imzalanan əməkdaşlıq sənədləri də "yaşıl enerji" gündəliyinin genişlənməsindən xəbər verir. Xüsusilə Azərbaycan ilə Vyetnamın "ROX Group" şirkəti arasında "yaşıl enerji" layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması ölkənin bu sahədə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək niyyətini nümayiş etdirir. Belə əməkdaşlıqlar yeni texnologiyaların və idarəetmə təcrübəsinin ölkəyə gətirilməsi baxımından əhəmiyyətlidir.
Forumda səsləndirilən təşəbbüslər arasında Azərbaycan və Tacikistanın Asiyadan Avropaya qədər uzana biləcək yaşıl rəqəmsal dəhliz ideyası da xüsusi diqqət çəkir. Sözügedən yanaşma enerji və rəqəmsal infrastrukturun paralel inkişafını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, çağdaş dünyamızda "yaşıl enerji" ilə rəqəmsallaşma bir-birini tamamlayan proseslərdir. Elektrik şəbəkələrinin idarə olunmasından tutmuş enerji ticarətinə qədər bütün sahələrdə rəqəmsal texnologiyaların rolu sürətlə artır. Digər mühüm istiqamət Türkmənistanın "yaşıl enerji" potensialının Transxəzər Yaşıl Enerji Dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxarılması perspektividir. Əgər bəhs olunan layihələr reallaşarsa, Azərbaycan regionun enerji xəritəsində inteqrator rolunu oynayacaq və ölkənin geoiqtisadi əhəmiyyəti əhəmiyyətli dərəcədə artacaq.
Forumun müzakirələri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin də yaşıl keçid strategiyasının ayrılmaz hissəsi olduğunu göstərdi. Minkənd Kiçik Su Elektrik Stansiyasının istifadəyə verilməsi və regionda həyata keçirilən digər layihələr işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi siyasətinin praktiki nəticələri kimi qiymətləndirilə bilər.
Ümumilikdə müzakirələri və imzalanan sənədləri bir araya gətirdikdə söyləmək mümkündür ki, Azərbaycan "yaşıl enerji" sahəsində yeni mərhələyə qədəm qoyur. Əgər əvvəlki dövrdə əsas diqqət ayrı-ayrı elektrik stansiyalarının tikintisinə yönəlirdisə, indi prioritet regional enerji dəhlizlərinin yaradılması, beynəlxalq investisiyaların cəlbi və enerji bazarlarının inteqrasiyasıdır. Daha dəqiq desək, "yaşıl enerji" ölkənin xarici siyasətinin, regional əməkdaşlıq modelinin və uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindən birinə çevrilir. Bakının məqsədi daha çox "yaşıl enerji" istehsal etmək, Avrasiyanın yeni enerji xəritəsində strateji qovşaqlardan birinə çevrilməkdir. Məhz bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin "yaşıl" gündəliyində mühüm dönüş nöqtəsi kimi xarakterizə olunur.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 148   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim"

"Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri II Azərbaycan Beynəlxal

26 sentyabr
.

Prezident: "Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır"

"Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbird

26 sentyabr
.

Azərbaycan investorlara etibarlı tərəfdaş və perspektivli bazar kimi təqdim olunur

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini şərh etdi. Dövlət başçısının fikrincə, bu gün gələcək planlarından danışmaq imkanı yalnız illər boyu qurulan sabit iqtisadiyyatın

28 sentyabr
.

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digə

26 sentyabr
.

Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi

Qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda "yaşıl enerji" artıq dövlətlərin iqtisadi və geosiyasi strategiyalarının əsas sütunlarından birinə çevrilib. Son illərdə Azərbaycan da neft-qaz ixracatçısı imicindən kənara çıxaraq özünü bərpa olunan enerji istehsalçısı və gələcəkd

28 sentyabr
.

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlar

26 sentyabr
.

Qalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRH

"Uzun illər boyu Azərbaycan torpaqları işğal altında idi. Mənim ilkin gəncliyim dövründə həmin torpaqlar işğal edilmişdi və biz daim bunun əziyyətini yaşayırdıq. Xüsusilə beynəlxalq qurumlarda, təşkilatlarda və platformalarda fəal iştirak edən biri kimi tez-tez ermənilərlə üz-üzə gəlirdim. Onla

28 sentyabr
.

İlham Əliyev Tokayevə başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəc

26 sentyabr
.

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Video

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. "Qafqazinfo" xəbər veri

26 sentyabr