Qalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRH

Qalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRH"Uzun illər boyu Azərbaycan torpaqları işğal altında idi. Mənim ilkin gəncliyim dövründə həmin torpaqlar işğal edilmişdi və biz daim bunun əziyyətini yaşayırdıq. Xüsusilə beynəlxalq qurumlarda, təşkilatlarda və platformalarda fəal iştirak edən biri kimi tez-tez ermənilərlə üz-üzə gəlirdim. Onlar bizə qalib ədası ilə yanaşır, çıxışlarında Azərbaycanı hədəfə almağa çalışırdılar. Biz isə cavabımızı verir, özümüzü sındırmır və bir gün torpaqlarımızı işğaldan azad edəcəyimizə inandığımızı bildirirdik. Buna baxmayaraq, daxilimizdə həmişə bir sıxıntı var idi".
Qalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRHBunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O, bildirib ki, 44 günlük Vətən müharibəsində gənclərimizin heç nəyə baxmadan canlarını fəda edərək torpaqlarımızı işğaldan azad etməsi həm gənc, həm də əvvəlki nəsil üçün həmin sıxıntıların sonu demək oldu:

"Əvvəllər məğlub, torpaqlarını işğaldan azad edə bilməyən xalq idik, indi isə qalib xalqıq. Qalib xalqın övladı olmaq, əlbəttə ki, gənclər üçün qürurvericidir. Azərbaycan gəncləri bunun dəyərini bilməlidir. Bəzən yeni nəsil arasında Azərbaycanın əleyhinə mövqedən çıxış edən və ya bu qələbəni heçə saymağa çalışan gənclər də görürük. Lakin Azərbaycana kənardan baxanda nə qədər böyük və möhtəşəm bir qələbə qazandığımızı daha aydın hiss etmək mümkündür. Şəxsən mən xaricdən Azərbaycana baxmaq imkanı olan biri kimi bunu deyirəm".

Ekspert bildirib ki, bəzən insan dağın ətəyində dayanarkən onun zirvəsini və ucalığını tam hiss edə bilmir:

"Dağın yüksəkliyini görmək üçün uzaqlaşmaq lazım gəlir. Azərbaycanın durumu da belədir. Azərbaycanın gerçək qiymətini verə bilmək üçün ona uzaqdan baxmaq lazımdır. Uzaqdan baxanda çox möhtəşəm bir Azərbaycan görünür. 44 günlük Vətən müharibəsindəki qələbə və ümumiyyətlə, xalq olaraq nümayiş etdirdiyimiz əzm yeni nəsil üçün ruhlandırıcı amildir. Bu amildən vətənpərvərliyin və milli şüurun möhkəmləndirilməsi istiqamətində istifadə edilməlidir. Gənclərimiz düşünməməlidir ki, bu, sadəcə bir mərhələ idi və artıq başa çatıb. Biz torpaqlarımızı azad etmiş, suverenliyimizi tam bərpa etmişik, amma bu, bütün problemlərin sona çatdığı anlamına gəlmir. Bizə qarşı olan qüvvələr hərəkət ediblər, edirlər və gələcəkdə də hərəkət edə bilərlər. Buna görə də milli-vətənpərvər şüurumuzu səfərbər edərək belə hücumlar qarşısında dayanmağı bacarmalıyıq".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 96   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğandan 27 Sentyabr MESAJI: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - FOTO

"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı "X" sosial şəbəkə hesabında yazıb. "Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək

27 sentyabr
.

İlham Əliyev Sərdar Berdiməhəmmədova məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

25 sentyabr
.

Şanlı Qələbə tarixdə əbədi qalacaq

Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan Zəfər sevincini yaşayır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən savaşı nəticəsində 44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyə

25 sentyabr
.

27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO+YENİLƏNİB

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətil

27 sentyabr
.

Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır

27 sentyabr
.

27 sentyabr - yaddaşlara həkk olunan Anım günü

Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamı şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını bel

25 sentyabr
.

Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - DOSYE

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Allahverən İbiş oğlu İsmayılovun dosyesin

25 sentyabr
.

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başlanıldı və 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını "Dəmir yumruq" siyasəti il

25 sentyabr
.

İlham Əliyev: "Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir"

"Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilə

26 sentyabr