İlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

İlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - FotolarAzərbaycan Prezidenti İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.

Sonxeber.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Xalqlarımız və ölkələrimiz arasında etimada əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin inkişafının məmnunluq doğurduğunu deyib, indi münasibətlərimizin keyfiyyətcə daha yeni səviyyəyə qalxdığını bildirib. Prezident İlham Əliyev hazırda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edərək bu istiqamətdə çoxlu layihələrin müzakirə olunduğunu deyib.

Dövlət başçısı Aleksandr Lukaşenko ilə mütəmadi əsasda olan təmaslarının önəminə toxunub, Belarus Prezidentinin ölkəmizə dövlət səfərini və COP29-da iştirakını xatırlayıb, bunların əməkdaşlığımızın genişlənməsinə xidmət etdiyini deyib. Həmin səfərlər zamanı müxtəlif istiqamətlərdə əməkdaşlıqla bağlı çox səmərəli danışıqların aparıldığını vurğulayan Prezident İlham Əliyev müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində səyləri qeyd edib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Dmitri Pineviç ilk gündən ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyi və ona göstərilən diqqəti məmnunluqla vurğulayıb.

Səfir Azərbaycan və Belarus prezidentləri arasında olan münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd edib.

Münasibətlərimizin inkişafı istiqamətindəki işlərlə bağlı böyük məsuliyyət hissi daşıdığını deyən səfir Azərbaycan və Belarus arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı ölkələrimiz arasında innovativ texnologiyalar, tibb, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin humanitar və mədəni əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində Belarus şirkətlərinin iştirakı məsələsinə toxunulub.

***

Azərbaycan Prezidenti İlham Əliyev Paraqvayın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
İlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolarİlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolarİlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolarİlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolarİlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolarİlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolarİlham Əliyev yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1010   Tarix: 13 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Sənan Paşayevin dosyesini təqdim edir:. O, Prezident İlham Əliyevin 23 may 2023-cü il sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının prokuror

28 sentyabr
.

İlham Əliyev: "Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir"

"Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilə

26 sentyabr
.

Azərbaycan Prezidenti: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

"Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Əlbəttə ki, idarəçilik, inzibatçılıq

26 sentyabr
.

Ölkənin güclü iqtisadiyyatı dayanıqlı gələcəyin təminatıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji çərçivəsini və qlobal investisiya xəritəsindəki güclü mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının təqdim etdiy

28 sentyabr
.

Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ölkədə aparılan islahatlar və görülən böyük miqyaslı işlər Azərbaycanın iqtisadi qüdrətini artıraraq onun dünyanın aparıcı dövlətləri sırasında yer almasına imkan vermişdir. Ölkəmizdə hökm ürən tərəqqi, inkişaf və ilk növbədə təhlükəsizlik məsələlər

28 sentyabr
.

"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır. xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub

27 sentyabr
.

Qalib xalqın övladı olmaq, gənclər üçün qürurvericidir - ŞƏRH

"Uzun illər boyu Azərbaycan torpaqları işğal altında idi. Mənim ilkin gəncliyim dövründə həmin torpaqlar işğal edilmişdi və biz daim bunun əziyyətini yaşayırdıq. Xüsusilə beynəlxalq qurumlarda, təşkilatlarda və platformalarda fəal iştirak edən biri kimi tez-tez ermənilərlə üz-üzə gəlirdim. Onla

28 sentyabr
.

Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sosial-iqtisadi sahə ilə bağlı dövlət siyasətinin əsas prioritetlərinin həyata keçirilməsinə xidmət edir. Bu cür mötəbər tədbirin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti "Azərbaycan Beynəlxalq İnvestisiy

28 sentyabr
.

27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO+YENİLƏNİB

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətil

27 sentyabr