"Xocalı soyqırımını törədən Ermənilər əvvəl-axır bu bəşəri cinayətə görə cavab verməli olacaqlar" - AÇIQLAMA
"Xocalı soyqırımı dünya tarixinin ən qara səhifələrindən biridir. Həmin səhifənin yazılmasının günahkarı da məhz erməni toplumudur. Yəni, Ermənistan Xocalı soyqırımını törətməklə dünyanın ən vəhşi, barbar toplumu olduğunu artıq sübut edib. Ermənilər onilliklər boyu soyqırıma məruz qaldıqlarını iddia elədikləri halda, Azərbaycan ərazisində onlarla kütləvi qətliyamlar törədiblər".
Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.
O, açıqlamasında qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı xatırlmaq belə istəməyən, dünyanı idarə edən qüvvələr riyakar və ikiüzlüdürlər:
"Bu da dünyanın ən böyük ədalətsizliklərindən biridir ki, Ermənilərin uydurduğu yalançı soyqırımla bağlı dünyada böyük hay-küy salınır. Amma Ermənilərin törətdiyi Xocalı soyqırımını xatırlamaq belə istəmirlər. Bu da onu göstərir ki, dünyanı idarə edən qüvvələr riyakar və ikiüzlüdürlər. Ermənilərin törətdiyi soyqırımla bağlı dünya hələ də kordur, kardır və eyni zamanda da laldır. Bütün nəzərə aldıqda hesab eləmək olar ki, Xocalı soyqırımına görə cəza məsələsini Azərbaycan dövləti reallaşdırmalı olacaq. Yəni, dünya bunu görmək və eşitmək istəmir. Ona görə də heç şüphə yoxdur ki, Xocalı soyqırımını törədən Ermənilər əvvəl-axır bu bəşəri cinayətə görə cavab verməli olacaqlar və bunun cəzasını alacaqlar. Amma bir daha qeyd edirəm, bunu Azərbaycan dövləti reallaşdırmalı olacaq. Üstəlik də Xocalı soyqırımına görə konkret şəxslər və bütövlükdə erməni toplumu günahkardır. Çünki, ermənilərin hamısı Xocalı soyqırımını törədəcək düşüncədədilər. Bu baxımdan bütövlükdə erməni toplumu Xocalı soyqırımına görə bəşəriyyət qarşısında məsuliyyət daşıyır və bunu törədən Ermənistanən həribi cinayətkarları da mütləq öz cəzalarına çatmalıdırlar".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA