Prezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib - FOTO

Prezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan "Brookfield Asset Management"in baş icraçı direktoru Konnor Teskini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlanıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Brookfield Asset Management" arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edilib.

Görüşdə ölkəmizlə şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi, xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr müzakirə olunub. Azərbaycanın enerji potensialının ölkəmizin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətinə toxunulub.

Xatırladaq ki, idarə etdiyi aktivlərin həcmi 1 trilyon ABŞ dollarını ötən "Brookfield" qlobal miqyasda enerji, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat və digər real aktivlərin iri sahibi və operatorlarından biridir. Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.

Prezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib - FOTOPrezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib - FOTOPrezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib - FOTOPrezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib - FOTOPrezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 165   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı halqasına və qapıya çevrilib"

"Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır". AZƏRTAC-a istinadə

25 sentyabr
.

Azərbaycan sənayenin yeni strategiyası

Azərbaycanın iqtisadi inkişaf strategiyası son illərdə yeni mərhələyə qədəm qoyub. Ölkəmiz qarşısında duran əsas hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının genişləndirilməsi və təbii sərvətlərdən daha səmərəli istifadə etməkl

23 sentyabr
.

İlham Əliyev Sərdar Berdiməhəmmədova məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

25 sentyabr
.

Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

25 sentyabr
.

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanl

25 sentyabr
.

27 sentyabr həm də Zəfər gününün başlanğıcıdır

Xalqımız əvvəllər təqvimdə bir çox günləri kədərlə qarşılayırdı. 28 il müddətində hər il düşmən əsarətində olan şəhər və rayonlarımızın işğal günlərini kədərlə yad edirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəti Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 2020-ci ilin 27 sentyab

24 sentyabr
.

27 Sentyabr - Zəfərə aparan yol

2020-ci ilin sentyabr ayının 27-si xalqımızın çoxəsrlik şanlı tarixinin ən parlaq səhifələrindən biridir. Tarixə qızıl hərflərlə yazılan bu müqəddəs gün milli ləyaqətin bərpası, ədalətin təntənəsi, xalqın birliyinin və iradəsinin Zəfəri idi. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrini

24 sentyabr
.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, mətndə deyilir:. "Sizi 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram. Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri

25 sentyabr
.

Dağ-mədən sənayesinin inkişafı yeni istehsal müəssisələrinin yaradılmasına imkan verəcək

"Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin sənaye siyasətini

23 sentyabr