"Gürcüstanın həm Azərbaycan, həm də Türkiyə ilə dərin münasibətləri mövcuddur" - AÇIQLAMA
"Gürcüstan region ölkələri, xüsusilə Azərbaycan, Türkiyə və Ermənistanla çoxtərəfli münasibətlərin inkişaf etdirilməsini vacib hesab edir" - bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
"Gürcüstanın həm Azərbaycan, həm də Türkiyə ilə dərin münasibətləri mövcuddur" - bunu politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlamasında bildirib:
""Gürcüstanın həm Azərbaycan, həm də Türkiyə ilə dərin münasibətləri mövcuddur. Daha əvvəl bir çox üçlü formatlarda Azərbaycan, Türkiyə, Gürcüstan siyasi və hərbi rəhbərliyi qarşı-qarşıya gəlib. Bir çox məqamlarda Azərbaycan və Türkiyə rəhbərliyi Gürcüstan ilə danışıqları davam etdirib. Eyni zamanda üç ölkənin hərbi təlimlərinə tez-tez şahidlik edirik. Bu gün Gürcüstanda kifayət qədər vətənpərvər, dövlətçi bir hakimiyyət formalaşıb. Onlar da yaxşı anlayır ki, bölgədə ictimai sabitliyin əldə edilməsi mütləq şəkildə regional əlaqələrdən və qarşılıqlı etimaddan asılı olan bir məsələdir. Gürcüstanın Xarici İşlər Nazirinin Türkiyədə Hakan Fidanla görüşü və bu görüş fonunda əməkdaşlıq və gələcəklə bağlı verdiyi mesajlar Gürcüstan rəhbərliyinin bölgənin gələcəyi ilə bağlı baxışlarını aydın formada nümayiş etdirir. Eyni zamanda üç ölkənin arasındakı əməkdaşlıq modellərinin yeni meyyarları ətrafında faydalı müzakirələr aparıldığını düşünürəm"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA