Azərbaycanda klub rəhbərliyi futbolçuları oruc tutduqlarına görə CƏZALANDIRIB? - Aydınlıq gətirildi
"Hypers Guba" klubunun prezidenti: "Futbolçuları qida qaydalarını pozduqları üçün cəzalandırmışıq"
"Həkimin məsləhəti ilə qidalanma qaydalarına hamı bir nəfər kimi riayət etməli idi".
Bunu Oxu.Az-a açıqlamasında futbolçuları oruc tutduqları üçün cəzalandırıldıqları deyilən "Hypers Guba" klubunun prezidenti Ayaz Abdullayev məsələyə aydınlıq gətirərkən deyib.
"Məni tanıyanlar bilir ki, heç kimin dini inancına hörmətsizlik etmərəm. Əksinə hörmətim daha çoxdur. Hətta, Region Liqasında final görüşündə qalib gələcəyimiz təqdirdə üç futbolçumuza söz vermişdim ki, qazansaq, Kərbəlaya və Məşhəd ziyarətinə göndərəcəyəm. Keçən il ərzində, Ramazan ayında dəfələrlə iftar süfrəsi açmışam. Bunu hər bir futbolçu təsdiqləyə bilər.
Ayaz Abdullayev fotoda solda
Bəli, klub daxilində beş-altı futbolçunu cərimələmişəm. Buna səbəb isə, oruc tutmaları yox, qida qaydalarını pozduqları üçündür. Həmin gün oyunçularımız arasında xəstə olanlar var idi. Həkimin məsləhəti ilə qidalanma qaydalarına hamı bir nəfər kimi riayət etməli idi. Biz də öncədən tapşırıq verdik ki, hər kəs qida qaydalarına əməl etməlidir. Bu cür hallara islam dinində də icazə verilir. Futbolçulara həkimin göstərişi və raportuna əsasən məlumat verilməsinə baxmayaraq, qida qaydalarını pozduqları üçün cərimələniblər", - deyə A.Abdullayev bildirib.
15:56
II Liqanın son turunda evdə "Şəmkir"ə 1:2 hesabı ilə uduzan "Hypers Guba"nın futbolçuları klub rəhbərliyi tərəfindən cəzalandırılıb.
Sonxeber.az sportinfo.az-a istinadən xəbər verir ki, martın 1-də, yəni Ramazan ayının ilk günü meydana çıxanların hamısı cəriməyə məruz qalıb. Oyunçuların bir qismi orucunu pozmadan yaşıl sahəyə ayaq basdıqları üçün rəhbərliyin qəzəbinə tuş gəliblərsə, digərləri bu halı bilib, idarəçilərə məlumat vermədiklərinə görə cərimələniblər.
Məlum olub ki, klub rəhbərliyi Ramazan vaxtı keçirilən oyun günlərində oruc tutmamaları üçün kollektiv üzvlərinə öncədən xəbərdarlıq edib. Futbolçular bu qərara sözlü şəkildə etiraz bildirməsələr də, tapşırığa əməl etməyiblər - göstərişi qulaqardına vurublar.
Burada bir məqama da diqqət yetirmək lazımdır: Hazırda "Şəmkir"i çalışdıran Vüqar Nadirovun baş məşqçi kimi ilk iş yeri "Hypers Guba" olub. Şimal təmsilçisinə Region Liqasının gümüş medallarını qazandıran, daha sonra pley-off oyunlarında "Şəfa"ya qalib gələrək II Liqaya yüksəldən gənc mütəxəssis ötən ilin noyabrında klubdan ayrılıb. Özü də deyib-gülərək yox, ciddi narazılıq və qalmaqalla. Odur ki, bu matç həm onun, həm də "Hypers Guba"nın rəhbərliyi üçün ikiqat prinsipiallıq daşıyıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1412 Tarix: 03 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabr"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20 oktyabrAzərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrAzərbaycan Basketbol Liqasında IV tur başlayır
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall
23 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr