Xərçəngdən də təhlükəli "səssiz qatil" - Orqanizmin müdafiəçisi, yoxsa düşməni?

Xərçəngdən də təhlükəli "səssiz qatil" - Orqanizmin müdafiəçisi, yoxsa düşməni?Tromb ölümə və həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsinə səbəb olur. Uzun müddət hərəkətsizlik, yerüstü və yaxud hava nəqliyyatında saatlarla eyni şəkildə oturmaq trombun yaranmasını tezləşdirir.

O, həm orqanizmin müdafiəçisi, həm də düşmənidir. Müdafiə tərəfini tez-tez qabartsaq da, çox vaxt bizi öldürəcəyinə inanmırıq. Söhbət trombdan gedir. Son vaxt bu problem haqqında tez-tez eşidir, xəstəliyin cavanlaşmasını müşahidə edirik. Son illərdə vaxtsız ölümlərin əksəriyyətini də tromblarla əlaqələndirirlər.

Bəs trombun yaranma səbəbləri nədir? Müdafiəçimiz düşmən mövqeyini yerinə yetirdikdə orqanizmdə hansı fəsadları yarada bilər?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Beyinə gedən şah damar trombozu iflicə səbəb olur"

Ürək-damar cərrahı Elvin Məmiyev "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, tromboz canlı orqanizmdə qan elementlərinin ürək, ağciyər və digər daxili orqanlarda, aşağı və yuxarı ətrafın damarlarının daxilində yapışması və pıxtı-tromb əmələ gəlməsi prosesidir: "Uzun müddət hərəkətsizlik, yerüstü və yaxud hava nəqliyyatında saatlarla eyni şəkildə oturmaq tromba səbəb ola bilir. Bundan əlavə, reproduktiv dövrlərində olan xanımlarda hamiləlik əleyhinə istifadə olunan hormonal dərman preparatları, ailənin başqa fərdində tromboz keçmişinin olması, hamiləlikdə, onkoloji müalicə alan xəstələrdə, bəzi gen mutasiyaları olan insanlarda tromboz riski daha yüksək olur".

Həkim bildirib ki, tromb ölümə və həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsinə səbəb olur: "Əgər arteriyada tromboz olarsa, bu hansı orqandadırsa, orada qan axımı azalır, toxumalar qan, oksigen və digər qida elementlərindən məhrum olduğu üçün işemiya-infarkt dediyimiz tablo ortaya çıxır. Məsələn, ürəkdəki arterial tromboz miokard, yəni ürək infarktına, beyinə gedən şah damar trombozu iflicə gətirib çıxarır. Əgər arteriyada yox, venalarda tromboz olarsa, bu da hansı orqanda olmasına görə fərqli təzahürlərlə özünü göstərir. Məsələn, böyük vena damar qruplarında olan trombozlarda pulmonar emboliya dediyimiz və ciddi ölüm riski olan xəstəlik ortaya çıxır".

Xərçəngdən də təhlükəli....

Mütəxəssisin sözlərinə görə, tromb xərçəngdən də ağır xəstəlik hesab edilməlidir: "Hər nə qədər cəmiyyətdə az bilinsə də, xərçəng və digər xəstəliklərdən daha çox ölümə səbəb olan xəstəlik qrupu elə trombozlardır. Amma müayinə üsullarının və müasir tibbin inkişafı bu xəstəliklərə daha erkən diaqnoz qoymağa imkan verir. Təbii ki, qidalanma, genetika, iqlim şəraiti xəstəliklərin geniş yayılmasında rol oynayır".

Texnologiyanın inkişafı ilə insanların daha çox oturaq həyat tərzinə öyrənmələri müasir dövrdə venoz trombozlara yol açır. Həkim bildirir ki, cəmiyyət olaraq tənbəlləşməyimiz bu xəstəlikləri də həyatımıza dəvət edir: "Hazırda venoz sistemin trombozları arterial trombozlara görə daha çox yayılıb. Çünki oturaq həyat tərzinin müasir dövrdə aktiv həyat tərzinə nəzərən çox olması, texnologiyanın inkişafı ilə hər şeyin "əlçatan" olması cəmiyyət olaraq tənbəlləşməyimizə, bu da venoz trombozlara yol açır. Birbaşa xəstəliyə səbəb olan risk faktorlarından elə ən öndə gələni passiv həyat tərzidir".

Peyvənd tromb yaradır?

Trombozlarla bağlı cəmiyyətdə və sosial şəbəkələrdə tez-tez səsləndirilən fikirlər peyvəndlərin tromb xəstəliklərini akitvləşdirməsidir. Həkim bildirir ki, pandemiya dövründə peyvənd və tromb arasındakı əlaqənin müzakirəsi aktual idi: "COVID və yaxud digər hər hansı bir infeksion xəstəliyin peyvəndi tromb əmələ gətirmir. Araşdırmalar göstərir ki, COVID-ə yoluxmuş şəxslərdə tromboza meyillilik olurdu. Lakin bunun peyvənd olub-olmamaqla bir əlaqəsi yoxdur".

Bəs orqanizmimizdəki gizli düşmənin simptomları nələrdir?

Həkim bildirir ki, tromb əgər arterial sistemdədirsə, hansı orqanda olmasından asılı olaraq, simptomu fərqli olur: "Məsələn, əldə və ayaqdadırsa, soyuqluq, rəngin solğunlaşması və şiddətli ağrı ilə özünü göstərir. Yaxud da ürəkdədirsə, infarkt, beyindədirsə, iflic olur və s. Əgər venoz sistemdə bir tromb olarsa, məsələn, əldə və ayaqda ciddi şişlik, orta şiddətli ağrı görərik. Venoz sistemdəki tromb ağciyər damarlarına atarsa, olduqca yüksək ölüm riski olan pulmonar emboliya ilə özünü göstərir. El arasında "tromb atdı, öldü" deyilən xəstəlik də elə məhz budur".

Həkim vurğulayır ki, trombozun qarşısını almaq üçün iş-ofis şəraitində, xüsusilə orta yaş sonrası insanlar 45-60 dəqiqə aralıqlarla oturduğu yerdən qalxmalı, bir neçə dəqiqə yeriməlidirlər. Uzun avtomobil səyahətlərimizdə iki saatdan bir dayanıb qısa fasilə verməli və yeriyərək qan dövranını sürətləndirməliyik. Bunlarla yanaşı, günlük gəzinti, üzmə və digər idman hərəkətlərini alışqanlıq halına gətirməliyik.

Müalicə metoduna gəldikdə isə, həkim bildirir ki, trombun müalicə taktikası genişdir. Təbii ki, müasir üsullarla həm tibbi, həm cərrahi, həm də endovaskulyar olaraq anjio laboratoriyasında tromboza yönəlik müalicə üsulları tətbiq edilir.

Qan durulaşdırıcı vasitələr trombu müalicə edir?

Məlumdur ki, insanlar trombla mübarizə aparmaq üçün tez-tez qan duruldan dərmanlardan istifadə edirlər. Türk həkim Mert Dumantepe deyir ki, həkim məsləhəti olmadan bu dərmanların yerli-yersiz istifadəsi xəstənin həyatında ciddi təhlükə yaradır: "Qan durulaşdırıcı dərmanlardan istifadə qan laxtasını əritmir. Laxtanın genişlənməsinə və qopan parçanın digər orqanlara keçməsinə əngəl olur, amma bu, xəstəliyi müalicə etmir. Çox istifadə etdikdə isə ciddi qanaxmaya səbəb olar, bu da xəstənin həyatını təhlükəyə ata bilər".

Həkim vurğulayır ki, dünyada hər il 3 milyondan çox xəstə tromb səbəbindən ölür: "Dərin damar trombozuna (DVT) hər il 10 000 insandan dördündə rast gəlinir. 60 yaşdan yuxarı insanlarda onun tezliyi bir faizə qədər arta bilər. Nəzərə alsaq ki, bu göstərici hər il ABŞ-də döş xərçəngi və QİÇS-lə bağlı ölümlərin ümumi sayından çoxdur, xəstəliyin ciddiliyi bir daha özünü büruzə verir".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1115   Tarix: 09 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr