Azərbaycan azad olunmuş torpaqların bərpasını öz vəsaiti hesabına bərpa edir
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini öz gücü hesabına bərpa etdi. Dövlətimizin başçısının müəyyənləşdirdiyi balanslaşdırılmış, milli maraqlarımıza söykənən müstəqil xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində böyük hörmət qazandırıb.
Otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalçılıq siyasəti ilə bütün platformalarda mübarizə aparan Azərbaycan bununla yanaşı, böyük tərəqqi yolu keçdi. Ölkəmiz özünün möhkəm dayaqlara əsaslanan iqtisadiyyatını, qüdrətli ordusunu formalaşdırdı, beynəlxalq arenada ikitərəfli və çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq əlaqələrini qurdu.
İşğalın davam etdiyi illərdə, Vətən müharibəsi dövründə, hətta sonrakı mərhələdə çoxsaylı təzyiqlərə baxmayaraq, Azərbaycan ədalətli mövqeyindən bir addım da geri çəkilmədi. Dövlətimizin başçısının qətiyyətli iradəsi nəticəsində tarixi zəfərlər qazanıldı.
Dövlətimizin başçısı "Euronews" televiziyasına müsahibəsində bu məsələyə xüsusi toxunaraq bildirdi: "Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni, biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq".
Milli maraqlarla bağlı məsələlərdə hər bir dövlət öz gücünə arxalanmalıdır. Bu gün Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzuru da öz resursları hesabına yenidən qurduğunu xatırladıb. Bu, ölkəmizin iqtisadi qüdrətinin bariz göstəricisidir. Bir neçə gün öncə Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yaydı. Bu da məhz Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində əldə olunan uğurdur. Belə ki, danışıqlar prosesinin heç bir vasitəçiyə ehtiyac duyulmadan, ikitərəfli əsasda davam etdirilməsi də məhz Azərbaycanın təşəbbüsüdür.
Bu gün dünyada güc amilinin çox böyük rola malikdir. Azərbaycan beynəlxalq birlik tərəfindən güclü və qalib ölkə kimi qəbul edilir. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 798 Tarix: 17 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA
"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə
18 sentyabr 2021G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər
"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə
5 sentyabr 2021"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ
15 sentyabr 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu
2 sentyabr 2021"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd
6 sentyabr 2021"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind
2 sentyabr 2021