"Azərbaycan Avropa Birliyinin üzvü deyil və Avropa Parlamentində deputatları yoxdur" - AÇIQLAMA

"Azərbaycan Avropa Birliyinin üzvü deyil və Avropa Parlamentində deputatları yoxdur" - AÇIQLAMA"Avropa Parlamenti növbəti dəfə öz səlahiyyətlərini aşır. Azərbaycan Avropa Birliyinin üzvü deyil və Avropa Parlamentində deputatları yoxdur. Bu səbəbdən də onun öz reagiondankənar bir ölkə üçün münasibət bildirməsi, onun daxili işlərinə qarışması yolverilməzdir. İkincisi isə Azərbaycan ərazisində separatçı qurum yaratmış, işğal etdiyi ərzilərdə Ermənistanın uzun müddət terror və qətllə məşğul olması, Azərbaycanın təbii sərvətlərini, mədəni abidələrini dağıtması beynəlxalq konvensiyalarda belə ağır cinayət sayılır".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan parlamenti çox düzgün olaraq öz etirazını bildirib və yəqin ki, mart ayının 18-də baş tutacaq iclasda deputatlar etirazlarını bildirəcəklər:

"Azərbaycan bu gün onlar üzərində məhkəmə qurub və Avropa Parlamenti, hansı ki, aliliyin keşiyində durmalıdır, amma, birdənbirə bu cinayətkarların müdafiyəsinə qalxır. Elə isə soruşuruq, Avropa sən hansı yolu gedirsən?! Avropa, sən cinayətkarları müdafiyə etməklə özün təşəbbüskarı olduğun beynəlxalq hüquq normalarını pozduğunun fərqindəsənmi?!
Hesab edirəm ki, Avropada bəzi dairələrin erməni millətçilərinə sevgisi, onların hüquqa, ədalətə, demokratiyaya olan baxışlarının özlərini taptalamasına gətirib çıxardır. Azərbaycan parlamenti çox düzgün olaraq ona öz etirazını bildirib və yəqin ki, mart ayının 18-də baş tutacaq iclasımzıda deputatlar, o cümlədən mən də bu məsələyə öz qəti etirazımızı bildirəciyik. Bəlkə də, onlar bununla Azərbaycan cəmiyyətini, siyasi dairələrini yoxlamağa çalışırlar. Nə dərəcədə biz belə siyasi hücumlara qarşı göz yumasaq da və yaxud da əhəmiyyət verməsək də, amma dövlətçiliyimizə, müstəqilliyimizə aid olan məsələlərə heç bir zaman göz yuma bilmərik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1137   Tarix: 17 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021