"Prezident İlham Əliyevin bu müsahibədə toxunduğu mövzular Azərbaycanın regionda və dünyada artan rolunu bir daha nümayiş etdirdi" - DEPUTAT
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində nüfuzlu "Euronews" televiziya kanalına müsahibəsində Azərbaycanın xarici siyasəti, beynəlxalq və regional əməkdaşlıq, enerji təhlükəsizliyi və müasir dünya nizamının formalaşması məsələləri barədə ətraflı fikir bildirib. Sözügedən müsahibə ölkənin daxili və xarici siyasətini daha geniş auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Qlobal Bakı Forumu artıq nüfuzlu beynəlxalq platformaya çevrilib və burada dünyanın müxtəlif ölkələrindən 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları iştirak edirlər. Forum qlobal məsələlərin müzakirə olunduğu, yeni çağırışlara qarşı həll yollarının axtarıldığı mühüm tədbirlərdən biridir. Cənab Prezident eyni zamanda beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə toxunaraq, yeni dünya nizamının formalaşdığını və Azərbaycanın bu prosesdə aktiv iştirak etdiyini vurğulayıb".
Bunu Sonxeber.az-a deputat deputat Vasif Qafarov danışıb.
O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin bu müsahibədə toxunduğu mövzular Azərbaycanın regionda və dünyada artan rolunu bir daha nümayiş etdirdi:
"Müsahibədə Azərbaycanın enerji siyasəti xüsusi yer tutub. Azərbaycan artıq onilliklərdir Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol getdikcə artır. Ölkə təkcə neft və qaz ixracatçısı deyil, eyni zamanda, bərpaolunan enerji mənbələrinə də böyük sərmayələr yatırır. Xüsusilə, Azərbaycanda günəş və külək enerjisi sahəsində yeni layihələrin icrası ölkənin yaşıl enerji potensialını artırır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın gələcək inkişaf istiqamətləri və strateji hədəfləri sırasında iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqəmsal transformasiya sahəsində həyata keçirilən layihələr önəmli rol oynayır. Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi, xüsusilə Orta Dəhlizin əhəmiyyəti və bu sahədə görülən işlər çox vacibdir. Bundan əlavə, bərpaolunan enerji mənbələri sahəsində irimiqyaslı investisiya layihələri və yaşıl iqtisadiyyatın formalaşdırılması ölkənin dayanıqlı inkişaf strategiyasının əsas elementlərindən biridir.
"Euronews" kimi nüfuzlu media qurumuna verilən müsahibə Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə və ölkənin strateji hədəflərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Prezident İlham Əliyevin bu müsahibədə toxunduğu mövzular Azərbaycanın regionda və dünyada artan rolunu bir daha nümayiş etdirdi. Azərbaycan diplomatiyası və iqtisadi inkişaf strategiyası baxımından mühüm mesajlar verildi ki, bu da ölkənin beynəlxalq nüfuzunun artmasına töhfə verəcək. Prezident İlham Əliyevin "Euronews" kanalına müsahibəsi Azərbaycanın daxili və xarici siyasətindəki əsas istiqamətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm hadisədir. Ölkənin enerji təhlükəsizliyindəki rolu, regional əməkdaşlıq strategiyası və yeni dünya düzənindəki yeri bu müsahibə vasitəsilə geniş auditoriyaya təqdim olundu".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video