Bakıda ŞOK CİNAYƏT: Otaq yoldaşını öldürüb meyitin fotosunu qardaşına göndərdi

Bakıda ŞOK CİNAYƏT: Otaq yoldaşını öldürüb meyitin fotosunu qardaşına göndərdiBakıda ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirən Hikmət Muxtarovun məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Məhkəmə iclasında ifadə verən Hikmət Muxtarov bildirib ki, həmin axşam kafedə tanışları ilə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayədə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı, Ülvi ünvanına ağır söyüşlər söyüb. Dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra, üzərinə bıçaqla gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Zərbələrdən üçünü qarnına, axırıncını isə ürəyinə vurub. Hikmət Muxtarov əməlindən peşman olmadığını qeyd edib.

Zərərçəklmiş şəxsin hüquqi varisi, Hikmət Muxtarovdan nə səbəbə görə, öldürəndən sonra Ülvi Qasımovun meyitinin fotoşəkilini çəkib başqa şəxsə göndərdiyini soruşub.

Sonuncu da təsdiq edib ki, şəkili qardaşına məxsus "Whatsapp" tətbiqinə göndərib və adam öldürdüyünü bildirib.

Mərhumun əmisioğlu təqsirləndirilən şəxsə qanuna müvafiq cəza təyin edilməsini istəyib.

Məhkəmə prosesi davam edəcək.

Qeyd edək ki, məlum hadisə ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci polis şöbəsindən Nərimanov rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı, Hikmət Muxtarovun mübahisə zamanı bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. Muxtarov şübhəli şəxs qismində saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2283   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş

Xəbər verdiyimiz kimi, Nizami Rayon Məhkəməsi həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. "Qafqazinfo"nun məlumatına görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz olub. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətd

14 oktyabr
.

Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu

3 noyabr
.

Ötən gün qəzada yaralanan sürücü vəfat etdi

Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub

8 oktyabr
.

Azərbaycanda icra başçısı cərimələndi

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi

27 oktyabr
.

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Apellyasiy

12 noyabr
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

5 oktyabr
.

Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi

Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs

13 oktyabr
.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini

11 noyabr
.

Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi

General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib. "Unikal"a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb. Yaxın dəqiqələrdə Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. Ona qarşı Cinayət Məcəlləsini

12 noyabr