Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə - Ağır cəza+Foto
Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək ona qarşı əxlaqsız hərəkətlər edilib.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Zonquldak şəhərində qeydə alınıb.
Sözügedən tələbəni girov saxlayan dəstə üzvlərinin məhkəməsi artıq yekunlaşıb. Zonquldak 3-cü Ağır Cinayət Məhkəməsi dəstənin 6 üzvünü qanunsuz azadlıqdan məhrumetmə, qanunsuz silahlı dəstə qurma, hədə-qorxu ilə tələb etmə kimi əməllərdə təqsirli bilib.
Qeyd edilib ki, Azərbaycan vətəndaşı olan 25 yaşlı şəxs 2 il əvvəl narkotik vasitələrin satışı ilə məşğul olan dəstəyə qoşulub. Lakin bir müddət sonra onu polis yaxalayıb və dəstə üzvləri tərəfindən verilmiş qanunsuz silahı hüquq-mühafizə orqanları götürüb. Bundan sonra dəstə üzvləri 25 yaşlı şəxsi cəzalandırmaq qərarına gəlib. Onu qapalı yerə salaraq döyüblər, həmçinin əxlaqsız hərəkətlər edərək videoya çəkiblər.
Məhkəmənin hökmü ilə dəstənin rəhbəri olan A.K 40 il həbs cəzasına məhkum edilib. Digər dəstə üzvlərindən M.A 31 il 8 ay, S.K 8 il 6 ay cəza alıb. Digər 3 nəfərdən ikisinin polisin nəzarəti altında qalmasına, birinin isə tamamilə sərbəst buraxılmasına qərar verilib.




Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1615 Tarix: 24 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...
Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd
23 avqust 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021Qaxda meşəlik ərazidə yanğın BAŞLADI
Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri
25 avqust 2021Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı
Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo
21 avqust 2021Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü
Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı
13 sentyabr 2021Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi
12 sentyabr 2021