Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında beşinci günə yekun vurulub.
Sonxeber.az-ın məlumatına görə, qrup mərhələsinin III turunda 8 oyun baş tutub.
Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.
A qrupunda yer alan Azərbaycan millisi Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə Bəhreyn Sloveniyanı 4:1 hesabı ilə üstələyib. Beləliklə, bu qrupda Azərbaycan və Mavritaniya komandaları 1/8 finala vəsiqəni təmin edib.
A qrupu
1. Azərbaycan — 7 xal (7:1)
2. Mavritaniya — 4 xal (3:3)
3. Bəhreyn — 4 xal (5:4)
4. Sloveniya — 1 xal (2:9)
B qrupunda Özbəkistan yığması Çadla qarşılaşıb. Görüş Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0. Lakin buna baxmayaraq komanda qrupda qalıb. Əvəzində dünya çempionatının favoritlərindən sayılan Rumıniya komandası Fransa millisi ilə oyunda heç-heçə (0:0) sayəsində 1/8 finala vəsiqəni təmin edib.
B qrupu
1. Fransa — 5 xal (4:3)
2. Rumıniya — 4 xal (4:5)
3. Özbəkistan - 4 xal (7:5)
4. Çad — 3 xal (4:6)
C qrupunda Türkiyə millisi İngiltərəyə uduzaraq (0:3) qrupdan çıxa bilməyib. Macarıstan isə Ukraynanı məğlub edərək (3:0) adını növbəti mərhələyə yazdırıb.
C qrupu
1. İngiltərə — 7 xal (8:1)
2. Macarıstan - 5 xal (5:2)
3. Türkiyə — 4 xal (4:5)
4. Ukrayna — 0 xal (1:10)
D qrupunda yer alan Portuqaliya qrup mərhələsinin III turunda Hindistanı böyük hesabla məğlub edərək (8:0) xallarının sayını 9-a çatdırıb. Bolqarıstan isə Slovakiya üzərində 1:0 hesablı qələbə qazanaraq qrup mərhələsini ikinci pillədə başa vurub.
D qrupu
1. Portuqaliya — 9 xal (13:2)
2. Bolqarıstan — 6 xal (7:3)
3. Slovakiya — 3 xal (16:3)
4. Hindistan — 0 xal (0:28)
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bolqarıstan dünya çempionatında Slovakiyanı üstələyib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin sonuncu turunda daha bir matç keçirilib. -ın məlumatına görə, D qrupunda Bolqarıstan Slovakiyanı üstələyib. Milli Gimnastika Arenasında baş tutan görüş Bolqarıstan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki
25 may 2025Minifutbol-2025: Macarıstan Ukraynaya qalib gəldi
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin II turunda daha bir matç keçirilib. xəbər verir ki, Macarıstan millisi Ukraynanı üstələyib. Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Macarıstan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, dünya çempionatın
25 may 2025Minifutbol-2025: Qazaxıstan Bakıda ABŞ millisini məğlub etdi
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin II turunda daha bir matç keçirilib. xəbər verir ki, F qrupunda Qazaxıstan millisi ABŞ-ni məğlub edib. Milli Gimnastika Arenasında baş tutan görüş yığmanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla belə hər iki seçmə komand
26 may 2025Minifutbol-2025: İspaniya mübarizəni dayandırdı, İsrail 1/8 finalda
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. xəbər verir ki, H qrupunda İsrail - İspaniya matçı baş tutub. Milli Gimnastika Arenasındakı qarşılaşmada rəqibini məğlub edən (4:2) İsrail xallarının sayını altıya çatdıraraq 1/8 finala yüksəlib. Aktivində üç xalı ola
26 may 2025Minifutbol-2025: Argentina millisi dünya çempionatını xalsız bitirdi
Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub. -ın məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun II turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb
26 may 2025Minfutbol-2025: Sonuncu yarımfinalçı müəyyənləşdi
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinala yüksələn sonuncu komanda bəlli olub. xəbər verir ki, 1/4 final matçında Bosniya və Herseqovina üzərində 5:0 hesabı ilə qələbə qazanan Serbiya növbəti raunda yüksəlib. Bu yığmanın finala gedən yoldakı rəqibi Macarıstan seçməsi olacaq. Qey
29 may 2025Minifutbol-2025: Afrika təmsilçisi Bakıda qələbə qazandı
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma keçirilib. xəbər verir ki, B qrupunda II turun oyununda Rumıniya və Çad milliləri üz-üzə gəliblər. Milli Gimnastika Arenasında reallaşan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 4:2. Qrupun bu gün baş tutmuş digə
23 may 2025