Azərbaycanda hansı sahələrdə nə qədər əməkhaqqı verilir? - TAM SİYAHI

Azərbaycanda hansı sahələrdə nə qədər əməkhaqqı verilir? - TAM SİYAHIBu ilin ilk rübü ərzində Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi sahəsində verilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu sahədə işləyənlərin orta aylıq əməkhaqqı 5 383 manat 50 qəpik təşkil edir.

Özəl sektorda ən aşağı əməkhaqqı isə geyim istehsalı sahəsində verilir – 451 manat 60 qəpik.

Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycanda özəl sektorda ən yüksək və ən aşağı əməkhaqqı arasında 12 dəfə fərq var.

Qeyd edək ki, əməkhaqqısı 5 000 manatı keçən digər sahə isə xam neft və təbii qaz hasilatı sahəsidir – burada orta aylıq əməkhaqqı 5 370 manat 60 qəpik səviyyəsindədir. İlk beşlikdə, həmçinin rabitə (3 582,9 manat), hava nəqliyyatı (3 173,1 manat) və mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsi (2 933,7 manat) yer alır.

Ümumilikdə, 75 sahədən 44-də əməkhaqqı 1 000 manatdan yuxarıdır. Bu sahələrə yüksək texnologiyalar, maliyyə, nəqliyyat, neft-qaz və sənaye sahələri daxildir.

Əməkhaqqının 500 manatdan aşağı olduğu 5 fəaliyyət sahəsi mövcuddur.

Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə qeyri-dövlət sektorunda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub.

1. Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi – 5383,5 manat
2. Xam neft və təbii qaz hasilatı – 5370,6 manat
3. Rabitə – 3582,9 manat
4. Hava nəqliyyatının fəaliyyəti – 3173,1 manat
5. Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 2933,7 manat
6. Su nəqliyyatının fəaliyyəti – 2774,6 manat
7. Maliyyə fəaliyyəti – 2509,8 manat
8. Memarlıq, mühəndis axtarışları; texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət – 2445,6 manat
9. Sığorta, təkrar sığorta və pensiya təminatı – 2388,7 manat
10. Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2336,1 manat
11. Elmi tədqiqatlar və işləmələr – 2081,1 manat
12. Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət – 1962,4 manat
13. Metal filizlərinin hasilatı – 1859,9 manat
14. İnсəsənət sahəsində sair fəaliyyətin göstərilməsi və mədəni-kütləvi əylənсəli tədbirlərin həyata keçirilməsi – 1786,6 manat
15. Maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyət – 1779,7 manat
16. Koks və təmizlənmiş neft məhsullarının istehsalı – 1733,3 manat
17. Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantılarından təkrar istifadə edilməsi – 1691,0 manat
18. Kompyuter, elektron və optik məhsulların istehsalı – 1668,9 manat
19. Maşın və avadanlıqların quraşdırılması və təmiri – 1664,7 manat
20. Tütün məmulatlarının istehsalı – 1609,3 manat
21. Kimya sənayesi – 1546,8 manat
22. Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 1517,1 manat
23. İctimai birliklərin (təşkilatların) fəaliyyəti – 1502,8 manat
24. İnformasiya xidmətləri fəaliyyəti – 1414,2 manat
25. Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti – 1352,1 manat
26. İxtisaslaşdırılmış tikinti işləri – 1299,5 manat
27. Avtomobil, qoşqu və yarımqoşquların istehsalı – 1297,4 manat
28. Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət – 1294,6 manat
29. Biznesin mühafizəsinə yönəldilmiş inzibati və sair əlavə fəaliyyət – 1292,5 manat
30. Əczaçılıq məhsullarının istehsalı – 1248,3 manat
31. Proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət – 1137,6 manat
32. İstirahət və əyləncənin təşkili üzrə idman və digər fəaliyyət – 1144,3 manat
33. Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşirləri ilə əlaqədar fəaliyyət – 1147,5 manat
34. Metallurgiya sənayesi – 1135,0 manat
35. Elektrik avadanlıqlarının istehsalı – 1126,1 manat
36. Digər qeyri-metal mineral məhsulların istehsalı – 1124,7 manat
37. Yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi – 1106,5 manat
38. Kompyuterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri – 1070,7 manat
39. Binaların tikintisi – 1066,0 manat
40. Kağız və karton istehsalı – 1064,9 manat
41. İçki istehsalı – 1064,8 manat
42. Kitabxana, arxiv, muzeylərin və digər mədəniyyət müəssisələrinin fəaliyyəti – 1054,9 manat
43. Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1034,9 manat
44. Sair nəqliyyat vasitələrinin istehsalı – 1019,8 manat
45. Məşğulluq sahəsində fəaliyyət – 1011,6 manat
46. Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri – 1007,2 manat
47. Kirayə və lizinq fəaliyyəti – 1003,5 manat
48. Mədənçıxarma sənayesinin digər sahələri – 998,2 manat
49. Balıqçılıq və balıqyetişdirmə – 989,6 manat
50. Avtomobil və motosikletlərin satışından başqa, topdan satış – 954,6 manat
51. Təhsil – 952,8 manat
52. Maşın və avadanlıqların istehsalı – 915,0 manat
53. Yerüstü və boru kəməri nəqliyyatlarının fəaliyyəti – 900,6 manat
54. Səyahət agentliklərinin və turoperatorların əvvəlсədən sifariş etmə xidməti və bununla əlaqədar fəaliyyət – 888,3 manat
55. Rezin və plastmas məmulatların istehsalı – 846,1 manat
56. Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı – 832,0 manat
57. Toxuculuq sənayesi – 803,6 manat
58. Çirkli suların yığılması və emalı – 799,2 manat
59. Poçt və kuryer fəaliyyəti – 679,8 manat
60. Baytarlıq fəaliyyəti – 666,2 manat
61. Suyun yığılması, təmizlənməsi və paylanması – 664,3 manat
62. Poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması – 662,2 manat
63. İçki və yeməklərin satışı ilə əlaqədar xidmətlərin göstərilməsi – 658,4 manat
64. Sosial xidmətlərin göstərilməsi – 657,1 manat
65. Avtomobil və motosikletlərin satışından başqa pərakəndə satış – 650,1 manat
66. Meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməsi – 649,4 manat
67. Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi – 643,4 manat
68. Sair sənaye məhsullarının istehsalı – 612,7 manat
69. Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı – 595,6 manat
70. Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 587,6 manat
71. Mebellərin istehsalı – 507,7 manat
72. Binalar və mənzərələrin dəyişdirilməsi üzrə xidmətlərin göstərilməsi – 505,0 manat
73. Yaşayışa təminatsız sosial xidmətlərin göstərilməsi – 498,9 manat
74. Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı – 499,3 manat
75. Geyim istehsalı – 451,6 manat


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1493   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas

4 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə

10 sentyabr