Ölən şəxsin əmlakı - Kimə qalmalıdır?

Ölən şəxsin əmlakı - Kimə qalmalıdır?Vəfat etmiş şəxsin əmlakının bölüşdürülməsi zamanı onun yaxınları arasında narazılıqlarla tez-tez qarşılaşırıq. Hətta proses məhkəmələrdə həllini tapsa da, qohumlar arasında inciklik bir ömür davam edir. Bir çox hallarda isə əmlak əsasən ailənin oğlan övladları və onların uşaqları arasında bölünür. Xüsusən də daşınmaz əmlakdan qıza pay verilmir.

Bəs, qanunla ölən şəxsin əmlakını kimlər sahiblənə bilər?

Mülki Məcəlləyə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə yazmır. Yaxud da vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

Vəsiyyət üzrə vərəsəlikdə isə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər ola bilərlər. Bu şəxslər miras qoyanın uşaqları olub-olmadığına baxmayaraq da vəsiyyət üzrə vərəsə ola bilərlər.

Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası.

Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.

Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Burada əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məsələn, ölənin birinci növbədə vərəsələrindən biri mövcud olarsa, digərlərinin vərəsəliyi istisna olunur.

Həmçinin valideynlik hüquqlarından məhrum edilmiş şəxslər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Eyni zamanda, miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər. Bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.

Bundan başqa, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyil. Burada vərəsəlik qarşı tərəfin əmlakdakı payına aiddir. Həmçinin nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

Vəsiyyət üzrə vərəsəlikdə isə şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə konkret bölgü yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyil. Mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, həmçinin vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da qanun üzrə vərəsə ola bilməz.

Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülübsə, hətta mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyilsə, onun payını qanun üzrə vərəsə ala bilməz. Onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.

Lakin bu, mirasın yalnız vəsiyyətnamədə göstərilən vərəsələr arasında bölünməsi mənasına da gəlmir. Belə ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı var. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Yəni, qeyd edilən şəxslər qanuni vərəsə olacaqları halda mirasdan nə qədər pay alacaqdılarsa, məcburi pay bölgüsündə həmin hissənin yarısını əldə etmiş olurlar.

Ancaq miras qoyanın uşaqlarını, valideynlərini və arvadını (ərini) mirasından məhrum etməsi mümkündür. Onları məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

Ölən şəxsin nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsəsi yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, bu halda əmlak dövlətə keçir. Şəxs sosial xidmət müəssisələrinin təminatında olduqda isə qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçir./Qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 893   Tarix: 27 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İctimai Wi-Fi-dən istifadə zamanı hansı təhlükələrlə üzləşə bilərik? - AÇIQLAMA

Kafe, hava limanı, otel və digər ictimai məkanlarda pulsuz Wi-Fi-dan istifadə etmək artıq gündəlik həyatımızın adi hissəsinə çevrilib. Bəs rahatlıq üçün qoşulduğumuz bu şəbəkələr şəxsi məlumatlarımızı, sosial media hesablarımızı və hətta bank məlumatlarımızı nə dərəcədə riskə atır? İctimai Wi-Fi-da

11 sentyabr
.

Qarabağ həqiqətlərini dünyaya yerində göstərən diplomatik səfər - Yeni reallığın beynəlxalq təqdimatı

Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm təqdimat platformasına çevrilir.Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur

11 sentyabr
.

Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı

11 sentyabr
.

Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj

Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj

11 sentyabr
.

Yeni təhsil qanununun qəbulu təklif edilir

Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri

11 sentyabr
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11 sentyabr
.

Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR

"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur

11 sentyabr
.

Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq

Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma

10 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr