Bayram qiymətləri: Qurbanlıq qoyunlar neçəyə satılır?

Bayram qiymətləri: Qurbanlıq qoyunlar neçəyə satılır?Azərbaycanda qurbanlıq qoyunların kəskin bahalaşması müşahidə olunur.

Qaynarinfo xəbər verir ki, Bakı bazarlarında satışa çıxarılan qurbanlıq qoyunların qiyməti 300 manatdan başlayır. Ötən il isə bu rəqəm 180-230 manat arasında olub.

Qiymətləri öyrənmək üçün Bakının müxtəlif yerlərində araşdırma apardıq.

Yolumuzu ilk olaraq şəhərin Yasamal rayonu ərazisində "ətçilər" kimi tanınan qəssabxanalardan saldıq. Qəssabların sözlərinə görə, bu il satışa çıxarılan qurbanlıq qoyunların əksəriyyətinin qiyməti standartdır:

"Diri qoyunların qiyməti təxminən 300 manatdır. Amma bir çox adam qurbanlıq alarkən diri heyvana deyil, çəkiylə ətə üstünlük verir. Çəki ilə satılan qurbanlıq qoyun ətinin bir kilosunun qiyməti 21-22 manatdır. Əgər qoyunun çəkisi 15 kilodan artıq gələrsə, bir kilosunu alıcıya 19-20 manata təklif edirik".

Maştağa qəsəbəsində isə diri qurbanlıq qoyunların qiyməti mərkəzə nisbətdə daha yuxarıdır. Satıçılar diri qoyunların qiymətlərinin 350-400 manat arasında olduğunu bildirib:

"Qoyunların çəkisi də çoxdur, təxminən 25-30 kilo arasındadır. Çəki ilə isə qoyun ətini 20-21 manata satırıq. Bu gün 6 aylıq quzu ətinin qiyməti 22-23 manat arasındadır".

Qəssablar deyir ki, qurbanlıq alarkən əhalinin əksəriyyəti diri heyvana, imkansız əhali isə əsasən çəki ilə ət almağa üstünlük verir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2856   Tarix: 04 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas

4 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə

10 sentyabr