Belarus Parlamentinin sədri "Azərbaycan-Belarus Gənclər Forumu"nun iştirakçılarını qəbul etdi - FOTOLAR

Belarus Parlamentinin sədri "Azərbaycan-Belarus Gənclər Forumu"nun iştirakçılarını qəbul etdi - FOTOLARBelarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının reallaşdırdığı "Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində Azərbaycandan gələn nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan tərəfdən - Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, "PR Azərbaycan" Gənclər Araşdırma Mərkəzinin rəhbəri Müşfiq Hüseynov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber Media Qrupunun rəhbəri Hacıbəy Heydərli iştirak ediblər.

Belarus tərəfdən - Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Sergey Aleynik, Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının üzvü Aleksandr Lukyanov, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan xanım Natalya Koçanova Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında olan xoş münasibətlərin uzun illərə və tarixə söykəndiyini dedi: "Bu gün biz dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını xüsusi məmnuniyyətlə qeyd edirik. Təbii ki, bu, liderlərimizin apardığı siyasət sayəsində mümkün olub. Onlar hər şeyi edirlər ki, əlaqələrimiz inkişaf etsin, qarşılıqlı faydalı olsun, xalqlarımız dost olsun".

Sonra Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev çıxış edərək Azərbaycan-Belarus əlaqələrinin inkişafından danışdı: "Prezidentlərimiz bir-birinə hörmət edir, bir-birini qardaş hesab edirlər. Biz isə dost olmağa, problemləri problemsiz həll etməyə çalışmağa borcluyuq. Azərbaycan səfirliyi hər zaman gənclərin yanında olub və olacaq və bizdən asılı olanı nə varsa, hamısını reallaşdıracağıq".

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək ASGA-nın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycan-Belarus Gənclər Forumu"ndan danışdı: "İlk dəfədir ki, biz belə bir Forum reallaşdırırıq. Hesab edirik ki, bu Forum konkret istiqamətlər üzrə davam etməli, növbəti mərhələ Bakıda reallaşmalıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir. Hesab edirik ki, bizdə doğma olan Belarus gəncləri ilə çox işlər görə bilərik".

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, bu əlaqələrin perspektivlərindən danışdılar: "Bu gün ölkələrimiz arasında olan münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkədə gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla belarus arasında gənclər siyasəti sahəsində əməkdaşlığın böyük potensialı var".

Sonra Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber Media Qrupunun rəhbəri Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gəclərinin media sahəsində əməkdaşlıq perspektivlərindən danışdı: "Bu gün media dünyanın ən güclü silahına çevrilib. Belə bir yeniləşən dünyada informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, sosial medianın cəmiyyətə təsiri və bu kimi mövzular daha da aktullaşır. Hesab edirəm ki, hər iki ölkə gəncləri bu Forum çərçivəsində, növbəti mərhələdə birgə konfranslar, təlimlər, dəyirmi masalar reallaşdırmalıdırlar".

Sonda Belarus Parlamentinin sədri Natalya Koçanova və Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevin iştirakı ilə Belarus Ümumrespublika Gənclər Şurası ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası və "İslahatçı Gənclər" İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalandı.

Belarus Parlamentinin sədri "Azərbaycan-Belarus Gənclər Forumu"nun iştirakçılarını qəbul etdi - FOTOLARBelarus Parlamentinin sədri "Azərbaycan-Belarus Gənclər Forumu"nun iştirakçılarını qəbul etdi - FOTOLARBelarus Parlamentinin sədri "Azərbaycan-Belarus Gənclər Forumu"nun iştirakçılarını qəbul etdi - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 487   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr
.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr