DTX-nın saxladığı Musa Şəkiliyev kimdir? - DOSYE

DTX-nın saxladığı Musa Şəkiliyev kimdir? - DOSYEXəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Hazırda onlar Bakıya gətirilir.

Qaynarinfo xəbər verir ki, Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu başa vurud.

Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib.

Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var

Qeyd edək ki, Musa Şəkiliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə və Qaxın keçmiş, Zaqatalanın hazırkı icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1612   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizə

"Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi: "Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimi

28 iyul
.

"Dil millətin simasını səciyyələndirən amillərdən biri onun milli sərvətidir" - AÇIQLAMA

"Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millə

28 iyul
.

Nanə yeni mövsümdə qayıdır

Bir müddətdir efirdən uzaq qalan aparıcı Nanə Ağamalıyeva yeni televiziya mövsümündə tamaşaçı qarşısına çıxacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı "Nanəli" verilişi ilə fəaliyyətini davam etdirəcək. Proqramın hazırlıqlarına ötən televiziya mövsümündən başlanılıb. Qeyd edək ki

28 iyul
.

100 il yaşamağa kömək edən yapon pəhrizi

Mütəxəssislər inanır ki, yapon həyat tərzi bizə 100 Yaşamağa kömək edə bilər. Aralıq dənizi pəhrizindən imtina etməli və yemək zamanı yalnız 80% doyma tələb edən Yapon pəhrizinə keçməliyik. xəbər verir ki, illərdir elm adamları və diyetoloqlar bizə meyvə, tərəvəz, zeytun yağı və dəniz məhsulları il

28 iyul
.

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti

Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur. Prokurorluqda aparılan istintaqla müəyyə

28 iyul
.

"İdrak" liseyində müəllimin güllələnməsində atəş açılan silahın sahibi barədə qərar verildi

"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib. APA xəbər verir ki, bununla bağlı Binəqəsi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, təqsirləndirilən Sami

28 iyul
.

12 iyul imtahan nəticələri açıqlandı

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirili

28 iyul
.

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə - VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqda saxlamadığını

27 iyul
.

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

Yay aylarının ən çox sevilən meyvələrindən biri olan qarpızın istehlakı üçün ən uyğun dövr onun təbii yetişmə mövsümü hesab olunur. Mütəxəssislərin fikrincə, Azərbaycanda qarpız əsasən iyul, avqust və sentyabr aylarında daha keyfiyyətli və faydalı olur. Bu dövrdə yetişən qarpızlar həm dadına, həm d

28 iyul