Akif Çovdarov: "Çox əziyyət çəkirəm"

Akif Çovdarov: "Çox əziyyət çəkirəm"Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarov çıxış edib. O, çıxışında xəstə olduğunu, vəziyyətinin pis olduğunu deyib: "Nazirliyin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, "MTN işi"ndə həbs edilən, hazırda istintaqı davam etdirilən Mirəziz Əsgərov insult və ürək çatışmazlığından əziyyət çəkdiyi üçün dünən müalicə müəssisəsinə aparıldı. Mirəziz dəfələrlə müayinə və müalicə tələb etdiyi halda ona lazımı tibbi yardım göstərilmədiyini söylədi. Mən də eyni vəziyyətdəyəm. Çox əziyyət çəkirəm. İlqar Əliyev belə getdi, indi də Mirəziz. Yəqin bu dəfə növbə məndədir".

Prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin məhkəməyə gəlmədiyi bildirilib. İclas buna görə fevralın 20-nə təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub./APA


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1952   Tarix: 15 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta içki yenə can alır: Mütəxəssislərdən həyati xəbərdarlıq - VİDEO

Saxta içki, xüsusilə Yeni il ərəfəsində insan tələfatına səbəb olmağa davam edir. Metil spirtindən (metanol) zəhərlənmə hallarında hər üç hadisədən biri ölüm və ya daimi əlilliklə nəticələnir. Mütəxəssislər başgicəllənmə, ürəkbulanma və görmə pozğunluğu kimi ən kiçik əlamətlər zamanı belə dərhal xəstəxanay

17 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsində protoko

14 dekabr
.

Ov zamanı faciə: Dostunu güllələdi

Afyonkarahisarda ova gedərkən avtomobildə güllələnən və aparıldığı xəstəxanada həyatını itirən şəxsin, məhəllə və bazar gözətçisi olan dostunun təsadüfən açdığı atəş nəticəsində öldüyü müəyyən edilib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, məhəllə muxtarı S.Y.A., məhəll

15 dekabr
.

Dünyaca məşhur ulduz, icazəsiz çəkiliş edən pərəstişkarısına qarşı sərt reaksiya göstərdi - VİDEO

Portuqaliya Milli Komandasının ulduz futbolçusu Joao Cancelo, təyyarə səfəri zamanı icazəsiz şəkildə onu çəkən bir pərəstişkarı ilə mübahisə yaşayıb. Portuqaliyalı futbolçunun təyyarədəki anları qısa müddətdə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, Cancelo onu icazəsi

15 dekabr
.

Bu kəndlərə günlərdir canavarlar hücum edir - Sakinlər təhlükədə

Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib. "Qafqazinfo"nun məlumatına görə, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir. Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükən

15 dekabr
.

Mobil telefonda və ayaqqabılarda gizlədilmiş qızıl külçələr aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məluma

14 dekabr
.

Məktəbli qızların mesajlaşma qrupuna əxlaqa zidd foto göndərən müəllim həbs olundu

Ankarada bir məktəbdə fəaliyyət göstərən bədən tərbiyəsi müəllimi N.Ş. (52), məktəbin qız voleybol komandasının WhatsApp qrupuna əxlaqa zidd foto göndərdiyi iddiası ilə həbs olunub. türk mediasıan istinadən xəbər verir ki, Sincan rayonu ərazisindəki bir məktəbdə çalışan bədən tərbiyəsi müəllimi N.Ş.-nin

16 dekabr