Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını bir qədər də artırıb
Azərbaycan UEFA əmsallar cədvəlində 2025/26 mövsümündə topladığı reytinq xalını 0.500-ə çatdırıb.
Oxu.Az xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin göstərdiyi nəticələr sayəsində mümkün olub.
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"u İrlandiyada darmadağın edib - 3:0. "Zirə" isə Konfrans Liqasının eyni mərhələsində Xorvatiya "Hayduk"una qarşı ev oyunundan heç-heçə ilə ayrılıb - 1:1.
Bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə yarım xal verildiyi üçün turnirdə iştirak edən komandalarımızın sayına böldükdə "Qarabağ"ın ölkə aktivinə 0.250 xal, "Zirə"nin isə 0.125 xal gətirdiyi aydın olur. Daha 0.125 xalı isə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Sabah" Sloveniyada "Selye" ilə heç-heçə edərək qazanıb.
Hazırda 17.625 xala malik Azərbaycan 29-cu pillədəki mövqeyini qoruyub. 28-ci yerdə olan Ukrayna 18.225 xal (bu mövsüm + 0.625), 30-cü yerdə olan Bolqarıstan isə 16.625 xal (bu mövsüm + 0.750) toplayıb.
Qeyd edək ki, əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 689 Tarix: 24 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Püşkatma nə vaxtdır? - "Sabah" üçün 8 rəqib
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib. Qaynarinfo xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək. Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq. Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 3
26 avqust"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqustAvarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib. Bu barədə -a AKAF-ın mətbuat xidmətindən məlumat verilib. İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübariz
3 sentyabrAzərbaycanlı futbolçu "Qalatasaray"da
Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm
4 sentyabr"Qarabağ"ın yeni transferləri bu gün gəlir, bir nəfər isə gedir
"Qarabağ"ın iki yeni futbolçu almağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, saytı bununla əlaqədar yeni informasiyalar əldə edib. Xəbərə görə, həmin futbolçuların hər ikisi legionerdir. Düzdür, futbolçuların adları hələlik açıqlanmır. Amma sayt onların milliyyətini və meydandakı mövqeyini öyrən
26 avqust