Millimiz Avropa çempionatını 22 medalla başa vurdu
Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışı 3 qızıl, 10 gümüş və 9 bürünc medalla bitirib.
Sonxeber.az xəbər verir ki, millimizin heyətində Abbasəli Məmmədli (48 kq) finalda ermənistanlı Davit Dunyamalyanla qarşılaşıb.
Boksçumuz rəqibini 4:1 (27:30, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.
Nurlan Müseyibli (66 kq) həlledici görüşdə rusiyalı Albert Fedotenkova 4:1 (29:28, 30:27, 30:27, 29:28, 27:30), Zirəddin Rüstəmli (70 kq) serbiyalı Draqan Todoroviçə tam üstünlüklə qalib gələrək qitənin ən güclüsü adına sahib olublar.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə bürünc medal qazanıblar.
Yığmamız bu göstərici ilə komanda hesabında Avropa ikincisi olub. Birinci yeri Rusiya tutub (20-3-4).
3 qızıl,10 gümüş və 9 bürünc mükafat qazanan millimiz qitə birinciliklərində rekordlarını da yeniləyib. Komandamız Zlatiborda həm mükafatların əyarına, həm də sayına görə indiyədək olan nəticələrini geridə qoyub. Bunadək boksçularımız analoji yarışlarda bu qədər qızıl, gümüş və bürünc medala yiyələnməyib.
Qeyd edək ki, millimiz indiyədək 2011-ci ildə Qroznıda və 2024-cü ildə Banya Lukada 9 medal qazanıb. Ən yaxşı halda isə 2 boksçumuz Avropa çempionu tituluna sahib olub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1132 Tarix: 28 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə
23 oktyabrMessi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22 oktyabr"Sabah" Bakıda ilk ÇL matçına çıxır
"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy
13 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabr"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub
İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l
16 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabr"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabr