"Səbail" "Bayıl Arena"dan çıxarılır? - Klubdan açıqlama

"Səbail" "Bayıl Arena"dan çıxarılır? - Klubdan açıqlama"Səbail" klubunun birinci liqaya düşməsindən sonra klub haqqında söz-söhbətlər də bitmək bilmir. Gah komandanın sponsorlarının ondan üz döndərdiyi, gah da büdcənin azaldıldığı iddia olunur. Son günlər isə komandanın daimi məskunlaşdığı "Bayıl Arena"dan çıxarıldığı barədə xəbərlər dolaşmağa başlayıb.

İddiaya görə stadion başqa kluba verildiyindən "Səbail"in burada daha məşq etməyəcəyi bildirilir.

Amma kklubun mətbuat katibi Rəşad Məmmədov Bizim.Media-ya açıqlamasında deyilənlərin yalan olduğunu və komandanın həmişəki kimi "Bayıl Arena"dan yararlandığını deyib:

"Bizim Bayıl stadionundan çıxarılmağımızla bağlı deyilənlərin heç bir əsası yoxdur. Hal-hazırda burdayıq, özümüz ofisdə qərarlaşmışıq. Futbolçularımız da burada məşq keçirlər. Yəni arenanın xidmətindən yararlanırıq. Komanda yeni mövsümə hazırlıqlarını da məhz "Bayıl Arena"da keçirəcək".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 716   Tarix: 31 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Çelsi"nin futbolçusu "Strasburq"a transfer olunub

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Omari Kelliman Fransanın "Strasburq" komandasına keçib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumameyilli oyunçu Liqa 1 təmsilçisi ilə müqavilə imzalayıb. 2024-cü ilin yayında "Asto

25 avqust
.

"Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb. "Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ili

22 avqust
.

Salah "Trabzonspor"u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI

"Trabzonspor"un prezidenti Ertuğrul Doğan Məhəmməd Salahın Türkiyə klubuna transferinin necə baş tutduğunu açıqlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı misirli ulduzla ikiillik müqavilə imzalanıb. Salahın illik 17 milyon avro qazanacağı, həmçinin üzərində adı olan məhsulları

21 avqust
.

AFFA-da iki şöbənin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı

AFFA-da iki nəfər vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib. Bundan başqa federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb. AFFA-dan saytımıza verilən açıqlamada məluma

18 avqust
.

"Qalatasaray"dan "Mançester Yunayted"in ulduzuna ağlasığmaz təklif - FOTO

"Qalatasaray" klubu "Mançester Yunayted"in ulduz yarımmüdafiəçisi Bruno Fernandesi heyətinə qatmaq üçün hərəkətə keçib. "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 35 milyon avro və əlavə olaraq 15 milyo

18 avqust
.

Bakıda futbolçu ÖLDÜ - FOTO

Bakıda futbolçu ölüb. -ın əldə etdiyi məlumata görə, minifutbolçu Qiyas Babayev ötən axşam dünyasını dəyişib. O, minifutbol üzrə həvəskarlar liqasında mübarizə aparan paytaxtın "Mayak Nardaran" komandasının üzvü idi

22 avqust
.

Toral Bayramov İstanbul klubuna keçir?

"Bursaspor"un formasını geyinən azərbaycanlı gənc müdafiəçi Toral Bayramov karyerasında böyük bir addım atmağa çox yaxındır. Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, istedadlı futbolçu menecerlər vasitəsilə Super Liqanın iddialı kollektivlərindən olan "Eyüpspor"a təkli

25 avqust
.

Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər

Azərbaycan klublarının UEFA reytinqində cari mövsüm təsnifat və pley-off mərhələləri üzrə topladığı əmsal 3,375-ə yüksəlib. xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Niderlandın "Tvente" komandasını 1:0 hesabı ilə məğlub etməsi il

21 avqust
.

Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı

İngiltərənin "Liverpul" futbol klubunun əsas sahibi olan "Fenway Sports Group" (FSG) klubun səhmlərinin bir hissəsinin satılması ilə bağlı "1892 Holdings" şirkəti ilə razılaşma əldə edib. Şirkətin əsas investorlarından biri "Amazon"un təsisçisi Ceff Bezosdur. xəbə

16 avqust