Çox isti havalar beyninizi zədələyir - XƏBƏRDARLIQ
Beyniniz isti havada zədələnir və xəstəliklərə yol açır.
Ölkə.Az xəbər verir ki, bu barədə İngiltərədəki Nevrologiya İnstitutunda araşdırma aparılıb.
Tədqiqat, iqlim dəyişikliyi ilə şiddətlənən istilik dalğalarının epilepsiya, insult, ensefalit, dağınıq skleroz (MS), miqren və demans da daxil olmaqla bir çox nevroloji pozğunluğu tətiklədiyini üzə çıxarıb.
Araşdırma çərçivəsində insult, miqren, altsheymer, meningit, epilepsiya və dağınıq skleroz (MS), həmçinin narahatlıq, depressiya, şizofreniya və digər psixiatrik xəstəliklər də daxil olmaqla 19 müxtəlif sinir sistemi xəstəliyi tədqiq olunub.
Məlum olub ki, bir çox nevroloji vəziyyətlər istilik və rütubətin artması ilə daha da pisləşir. Gecə temperaturunun yüksəlməsi yuxunu poza bilər ki, bu da bəzi nevroloji pozğunluqları oyada bilər.
Araşdırma barədə danışan türkiyəli nevroloq professor Talip Asil deyib ki, beyin hüceyrələri istiliyə son dərəcə həssasdır və bioloji sistemlər sabit temperatura uyğun işləyir. Həkimin sözlərinə görə, dayanıqlılıq həddini çox aşan beyində nevroloji narahatlıqlar başlayır:
"Miqren tutmaları xüsusilə isti havalarda tez-tez olur. Epilepsiya və insult kimi xəstəliklərin tezliyi, hipertoniya xəstələrində beyin qanaması riski artır. Gecə temperaturunun artması yuxu keyfiyyətini pisləşdirə və bir çox nevroloji xəstəliklərin gedişatını pisləşdirə bilər. İqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istilər beyinə əlavə stress yaradır və neyrodegenerativ xəstəliklərə yol açır.
Bundan əlavə, yüksək temperaturlar beyni qoruyan maneənin keçiriciliyini artırır, toksinlərin, bakteriyaların və virusların beyin toxumasına keçmə riskini artırır".
Professor əlavə edib ki, 2050-ci ilə qədər altsheymer xəstələrinin sayı üç dəfə artacaq:
"Bu rəqəmlər iqlim böhranı nəzərə alınmadan baş verəcək. Hətta bir dərəcə selsi artımı belə altsheymer və parkinson kimi xəstəliklərin artmasına səbəb ola, fosil yanacaqların davamlı yanması daha çox demans yarada bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabr70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabr