Xoşbəxt ailə həyatı üçün əsas bacarıq hansıdır?
Ailə münasibətlərində tarazlığı qorumaq üçün kompromisə getmək uzun illərdir əsas prinsiplərdən biri sayılır. Lakin mütəxəssislər bildirirlər ki, uzunmüddətli və sağlam evlilik üçün bundan daha vacib və təsirli bir bacarıq var, koqnitiv səxavət.
Milli.Az xəbər verir ki, bu barədə bu barədə "Forbes" nəşri məlumat yayıb.
Koqnitiv səxavət, tərəfdaşın davranışlarını, sözlərini və niyyətlərini mümkün olan ən müsbət və anlayışlı şəkildə şərh etmək vərdişidir. Başqa sözlə, gündəlik həyatın stres və xaos dolu anlarında belə, qarşı tərəfin hərəkətlərinə yaxşı niyyətlə yanaşmaq və onları sevgi prizmasından görməkdir.
Bu yanaşmada diqqət tərəfdaşın nəyə güzəştə getdiyinə deyil, onun davranışlarının arxasındakı niyyətə yönəlir. Psixoloqlar qeyd edirlər ki, bu düşüncə tərzini mənimsəyən cütlüklər münasibətlərində daha çox yüngüllük, anlayış və yaxınlıq hiss edirlər.
Koqnitiv səxavət mübahisələrin qarşıdurmaya yox, birgə inkişaf fürsətinə çevrilməsinə kömək edir. Belə münasibətdə xırda anlaşılmazlıqlar böyümür, əksinə, qarşılıqlı anlayışla həll olunur. Nəticədə tərəflər arasında emosional bağ güclənir, gündəlik həyatın içində belə mehribanlıq qorunur.
Araşdırmalar da bunu təsdiqləyir. 2018-ci ildə "Social Psychological and Personality Science" jurnalında dərc olunan bir tədqiqata görə, sadəcə kompromisə əsaslanan münasibətlərdə bir tərəf zamanla özünü dəyərsiz hiss edə bilər. Fədakarlığın qarşı tərəf tərəfindən yetərincə qiymətləndirilməməsi münasibətdə narazılıq və emosional uzaqlaşma yarada bilər.
Əvəzində isə koqnitiv səxavət daha dayanıqlı və dərin əlaqələr qurmağa imkan verir. Bu, səhər üçün hazırlanan qəhvə, qəfil göndərilən sevgi mesajı və ya sadəcə dinlənilmək kimi gündəlik, amma mənalı jestlərlə özünü göstərir. Bu cür davranışlar "mən" və "sən" düşüncəsini zəiflədərək "biz" anlayışını önə çıxarır.
Tədqiqatçılar hesab edirlər ki, vəziyyətə fərqli bucaqdan yanaşmaq, pozitiv dəyərləndirmələr aparmaq və çətinlikləri birlikdə analiz etmək kimi emosional bacarıqlar ailə münasibətlərində mühüm rol oynayır. Belə ailələr problemləri daha tez həll edir, bir-birinin yükünü paylaşır və çətin anlarda dayaq olmağı bacarırlar.
Qeyd edək ki, uzunmüddətli münasibətlərin sirri bəzən böyük dəyişikliklərdə deyil, gündəlik həyatın içində gizlənmiş kiçik, amma mənalı davranışlardadır. Sevgi, anlayış və səxavətlə qurulan münasibət, ən möhkəm təməl sayılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabr70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabr