"Qarabağ" ÇL-də Liqa mərhələsinə yüksələrsə, mümkün rəqibləri kimlər olacaq?
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcəyi təqdirdə bir sıra nəhəng klublarla qarşılaşa bilər.
Oxu.Az xəbər verir ki, İngiltərə təmsilçiləri arasında "Liverpul", "Arsenal", "Mançester Siti", "Nyukasl", "Tottenhem" və "Çelsi" klubları "Qarabağ"ın mümkün rəqibləri sırasındadır.
İtaliyadan "Napoli", "İnter", "Atalanta" və "Yuventus", İspaniyadan isə "Barselona", "Real Madrid", "Atletik Bilbao", "Atletiko Madrid" və "Vilyarreal" klubları Ağdam klubunun qarşılaşa biləcəyi komandalardandır.
Almaniya təmsilçiləri "Bavariya", "Bayer Leverkuzen", "Borussiya Dortmund" və "Ayntraxt Frankfurt", Fransadan isə PSJ, "Olimpik Marsel" və "Monako" da siyahıda yer alır.
Bundan əlavə, Niderlanddan "Ayaks" və PSV, Portuqaliyadan "Sportinq", Belçikadan "Yunion", Türkiyədən "Qalatasaray", Çexiyadan "Slaviya Praqa" və Yunanıstandan "Olimpiakos" da potensial rəqib ola bilər.
Həmçinin pley-off mərhələsində aşağıdakı cütlərin qalibləri də Liqa mərhələsində yer alacaq:
"Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan);
"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr);
"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika);
"Budyo Qlimt" (Norveç) - "Şturm Qraz" (Avstriya);
"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan);
"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka);
"Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq. İlk turun oyunları 16-18 sentyabrda keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1607 Tarix: 14 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Şəfa-2" komandasına texniki məğlubiyyət verilib
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Şəfa-2" komandasına texniki məğlubiyyət verib. xəbər verir ki, buna I turun "Zirə-2" ilə matçında yaşanan hal səbəb olub. Qarşılaşmanın 73-cü dəqiqəsində "Şəfa-2" komandasının heyətində adı protokolda olmayan futbolç
26 avqust"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2
2 sentyabr"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqust"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl
29 avqust"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c
27 avqustAzərbaycan oxatanları Belarusda iki medal qazanıblar
Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal qazanıblar. Bu barədə -a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib. Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xal
28 avqustAzərbaycanlı futbolçu "Qalatasaray"da
Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm
4 sentyabr