Ventilyator ürək tutmasına səbəb olur - XƏBƏRDARLIQ
İsti havada ventilyatordan istifadə ürək tutmasına səbəb ola bilər.
Ölkə.Az xəbər verir ki, bu barədə Avstraliyanın Sidney Universitetində araşdırma aparılıb.
Araşdırma çərçivəsində 20 nəfər könüllü iştirakçı 39 dərəcə Selsi temperatur və 49% rütubətdə qurulmuş iqlim kamerasında 3 saatlıq dörd fərqli təcrübə keçib.
Sınaqların ikisində iştirakçılar təcrübədən əvvəl 24 saat ərzində tövsiyə olunan miqdarda su içib. Təcrübə zamanı iştirakçılara su içməyə də icazə verilib.
Digər iki sınaqda isə iştirakçılar susuzlaşdırılıb və su içmək, eləcə də yüksək sulu qidalardan istifadə etmək qadağan edilib.
Araşdırma "Emergency Medicine" jurnalında dərc olunub.
Tapıntılar göstərib ki, ventilyatorlar susuzlaşdırma hallarında ürəyin gərginliyini artırır və potensial olaraq infarkt keçirməyə səbəb olur.
Vurğulanıb ki, ventilyatorlar tərləməni 60% artırır və buna görə də susuzluq hallarında orqanizmə zərər verə bilər.
Doktor Konor Qraham ventilyatorla bağlı insanlara xəbərdarlıq edib:
"Həddindən artıq istidən dünyasını dəyişən bir çox insanın evlərində kondisioner yoxdur, lakin ventilyator var. Ventilyatorlar 39-40 dərəcə Selsiyə qədər olan temperaturda bədən istiliyini və ürəyin gərginliyini azalda bilər, lakin daha yuxarı temperaturda söndürülməlidir, çünki bədən həddindən artıq qızır və tərləmə ilə özünü lazımi dərəcədə soyuda bilmir".
Mütəxəssislər xəbərdarlıq edir ki, sağlam insanlar üçün bu hədd 39 dərəcə Selsi olduğu halda, 65 yaşdan yuxarılar üçün 38 dərəcədən yuxarı temperaturda ventilyator istifadəsi risklidir.
Yaşlı insanlar, xüsusən sidik nəzarəti üçün antikolinerjik dərmanlar qəbul edənlər, hətta 37 dərəcədən yuxarı temperaturda belə ehtiyatlı olmalıdırlar.
İsti havadan qorunmaq üçün bir neçə üsul tövsiyə edirlər. Bunlara günəşli otaqlarda pərdələrin və pəncərələrin bağlı saxlanması, istilik vurmasının əlamətlərini öyrənmək və bu əlamətlər baş verdikdə necə müdaxilə etmək daxildir.
İstilik vurmasının simptomlarına həddindən artıq tərləmə, solğun və nəmli dəri, yorğunluq, zəiflik, başgicəllənmə, ürəkbulanma, əzələ və baş ağrısıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14 sentyabrNadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20 sentyabrXərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl
13 sentyabrDemensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
6 sentyabrSəhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər
11 sentyabrDişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
6 sentyabrAlimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13 sentyabr