"Qalatasaray"ın futbolçusuna rekord təklif - "Cim-Bom"dan iki transfer
"Qalatasaray"ın hücumçusu Barış Alper Yılmaz üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Neom" rekord məbləğli təklif irəli sürüb.
Qaynarinfo xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, "Neom" 24 yaşlı futbolçu üçün 30+5 milyon avro məbləğində transfer paketi təqdim edib. Klub Barış Alperə də yüksək məvacibli müqavilə təklif edib. Lakin "Qalatasaray" rəhbərliyi bu məbləğə baxmayaraq, geri addım atmaq niyyətində deyil və təklifi rədd etməyi düşünür.
Bu arada, "Qalatasaray" qapıçı transferini həll etməyə çalışır. PSJ-nin qapıçısı Canluici Donnarummanın transferi ilə bağlı Paris klubu ilə "Mançester Siti" arasında danışıqlar davam edir. İngiltərə mətbuatının yazdığına görə, tərəflər 40-45 milyon avro qarşılığında razılığa yaxınlaşıb. Bu transfer rəsmiləşərsə, "Mançester Siti" hazırkı qapıçısı Edersonun ayrılmasına icazə verəcək.
"Qalatasaray" isə Edersonla illik 7 milyon avro məvacib müqabilində razılığa gəlib. Klubun braziliyalı qapıçı üçün təxminən 10 milyon avro transfer pulu ödəməsi nəzərdə tutulur.
Baş məşqçi Okan Buruk məsələ ilə bağlı deyib: "Ederson transferi bizim əlimizdə deyil. Onun klubuyla müqaviləsi davam edir. Donnarumma faktoru da var. Transferlərin kommersiya tərəfinə isə prezidentimiz qərar verir. Siyahımızda 7-8 qapıçı var. Transfer üç günə də, bir həftəyə də, on günə də baş tuta bilər".
Viktor Osimhen və Leroy Saneni heyətinə qatan "Qalatasaray" daha bir yüksək səviyyəli transferə yaxınlaşır. Klub "Mançester Siti"dən isveçrəli müdafiəçisi Manuel Akanji ilə razılıq əldə etmək üzrədir.
Türk rəsmilərin İngiltərəyə səfəri zamanı tərəflərin 15 milyon avro qarşılığında ilkin razılığa gəldiyi bildirilir. "Qalatasaray"ın 24 saat ərzində Akanjiyə də rəsmi təklif göndərəcəyi gözlənilir.
Dünya futbol mediasında məşhur italyan jurnalist Fabrizio Romano tərəflərin razılığa gəldiyini açıqlasa da, futbolçu sosial şəbəkədə "Bu barədə heç nə bilmirəm" şərhi ilə diqqət çəkib. Ardınca Romano paylaşımı silərək, İstanbulda oyunçunun nümayəndələri ilə razılaşma əldə olunduğunu bir daha təsdiqləyib.
Məlumata görə, Akanjinin meneceri artıq İstanbulda olub və razılıq əldə edildikdən sonra "Qalatasaray" rəhbərliyi danışıqları yekunlaşdırmaq üçün Londona yola düşüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!