"Ən böyük tənqid odur ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir real iş görmür" - AÇIQLAMA

"Ən böyük tənqid odur ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir real iş görmür" - AÇIQLAMAAbşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 21 saylı uşaq bağçası ilə bağlı valideynlərin şikayətləri uşaq bağçalarında şərait və idarəçilik məsələlərini yenidən gündəmə gətirib. İddialar arasında uşaqlara göstərilən münasibət, ərzaq təminatı və sanitar şəraitlə bağlı narazılıqlar yer alır. Bağça rəhbərliyi isə bütün deyilənləri təkzib edir. Bu kimi halların baş verməsi valideynlərdə narahatlıq yaradır və ümumilikdə məktəbəqədər təhsil müəssisələrində şəffaflıq məsələsini aktual edir. Uşaq bağçalarında valideynlərin səsləndirdiyi şikayətlərin qarşısını almaq və şəffaflığı təmin etmək üçün hansı nəzarət mexanizmləri tətbiq olunmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.

"Ən böyük tənqid odur ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir real iş görmür" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, valideynlərin narahatlığı təsadüfi deyil, çünki ölkədə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti üzərində real və effektiv nəzarət mexanizmi yoxdur:

"Məktəbəqədər təhsil sistemi hər bir ölkənin təhsil piramidasının təməlini təşkil edir və uşaqların sosiallaşması, erkən inkişafı, sağlamlığı üçün həlledici mərhələ sayılır. Təəssüf ki, Azərbaycanda bu sahədə ciddi boşluqlar mövcuddur və son günlər Abşeron rayonunun Pirəkəşkül kəndindəki 21 saylı uşaq bağçası ilə bağlı valideynlərin səsləndirdiyi şikayətlər bu problemləri bir daha gündəmə gətirdi. İddialar sırasında uşaqlara göstərilən münasibətin qeyri-peşəkar olması, ərzaq təminatında nöqsanlar, sanitar şəraitin zəifliyi xüsusi narazılıq doğurur. Bağça rəhbərliyi bunu təkzib etsə də, əslində bu cür halların sistemli xarakter daşıdığı aydındır. Valideynlərin narahatlığı təsadüfi deyil, çünki ölkədə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti üzərində real və effektiv nəzarət mexanizmi yoxdur.

Rəsmi statistikaya görə, hazırda ölkədə 1832 dövlət uşaq bağçası fəaliyyət göstərir və burada 120 mindən artıq uşaq tərbiyə olunur. Bu, məktəbəqədər yaşlı uşaqların cəmi 22 faizini əhatə edir. Yəni, hər dörd uşaqdan yalnız biri bağçaya gedir, digərləri isə ya evdə qalır, ya da özəl sektordan istifadə edir. Halbuki, UNESCO və UNICEF-in təhsil üzrə strategiyalarında göstərilir ki, məktəbəqədər təhsilin əhatəliliyi ən azı 70-80 faiz olmalıdır. Bu göstərici Azərbaycanda çox aşağıdır və dövlətin prioritet elan etdiyi "təhsilin əlçatanlığı" prinsipinə ziddir.

"Təhsil haqqında" Qanunun 5-ci maddəsində açıq şəkildə göstərilir ki, dövlət təhsilalanların sağlamlığının qorunmasına, təhlükəsizliyinə, tədris mühitinin keyfiyyətinə cavabdehdir. Amma faktiki vəziyyət onu göstərir ki, bağçalarda sanitar şəraitin nəzarəti formal xarakter daşıyır, ərzaq təminatında şəffaflıq yoxdur, tərbiyəçilərin peşəkarlığı ilə bağlı ciddi problemlər qalmaqdadır. Hər il Hesablama Palatasının hesabatlarında bağçalara ayrılan ərzaq vəsaitlərinin mənimsənilməsi, keyfiyyətsiz məhsulların alınması faktları açıqlanır, lakin nəticə çıxarılmır. Elm və Təhsil Nazirliyi də bu istiqamətdə nə marifləndirmə işi aparır, nə də ictimai hesabat verir. Sadəcə formal bəyanatlar səsləndirilir, amma nə plan var, nə də proqnoz.

Müsbət tərəfi yalnız ondan ibarət hesab etmək olar ki, son illərdə bir neçə yeni bağça tikilərək istifadəyə verilib və bəzi yerlərdə şərait müəyyən qədər yaxşılaşıb. Amma bu, problemin mahiyyətini dəyişmir, çünki ölkənin böyük hissəsində bağçaların binaları köhnədir, qidalanma sistemi köhnəlmişdir və valideynlərin şikayətləri artmaqdadır".

Ekspert onu da vurğuladı ki, hər bir bağçada video-nəzarət sistemi tətbiq olunmalı, ərzaq təminatı üzrə tenderlər və müqavilələr açıq elan edilməlidir:

"Dünya təcrübəsi isə tamamilə başqa yanaşmanı göstərir. Məsələn, Estoniyada bütün bağçaların maliyyə hesabatları onlayn şəkildə açıqdır, valideynlər hər ay ərzaq təminatının siyahısını görə bilirlər. Sinqapurda valideynlər mobil tətbiqlərlə uşaqlarının gün ərzində fəaliyyətini izləyə bilirlər. İsveçdə isə bağçalarda valideyn şuraları yaradılıb və idarəetmə prosesinə birbaşa cəlb olunurlar. Azərbaycanda isə valideynlər yalnız şikayət etdikdə, mediaya müraciət etdikdə mövzu gündəmə gəlir. Bu isə sistemli idarəçiliyin yoxluğunu göstərir.

Əslində dəyişməli olan mexanizmlər bəllidir. Hər bir bağçada video-nəzarət sistemi tətbiq olunmalı, ərzaq təminatı üzrə tenderlər və müqavilələr açıq elan edilməlidir. Nazirlik uşaq bağçalarının fəaliyyətinə dair illik hesabat hazırlamalı, ictimaiyyətə təqdim etməlidir. Tərbiyəçilər üçün sertifikatlaşdırma və psixoloji hazırlıq proqramları həyata keçirilməlidir. Bunlar edilməsə, valideynlərin narazılığı azalmaq əvəzinə artacaq, məktəbəqədər təhsil isə sadəcə "formal müəssisə" kimi qalacaq.

Ən böyük tənqid odur ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir real iş görmür. Təhlil aparılmır, tədqiqat yoxdur, dünya təcrübəsindən xəbərsizdirlər. Valideynlərin şikayətləri hər dəfə "araşdırılacaq" deyə ötürülür, amma nəticə dəyişmir. Əgər bu siyasət davam etsə, bağçaların şəffaflığı təmin olunmayacaq, uşaq hüquqları qorunmayacaq və məktəbəqədər təhsil sisteminə olan inam tamamilə itəcək. Bu isə gələcəkdə məktəbə qədər hazırlığın keyfiyyətinə, eləcə də bütövlükdə ümumi təhsil sisteminə mənfi təsir göstərəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4307   Tarix: 02 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr