"Elm və Təhsil Nazirliyi bir tədbir görməsə, məktəb və repetitorluq arasındakı sərhəd tamamilə silinəcək" - AÇIQLAMA

"Elm və Təhsil Nazirliyi bir tədbir görməsə, məktəb və repetitorluq arasındakı sərhəd tamamilə silinəcək" - AÇIQLAMAAzərbaycanda yeni tədris ili başlayarkən artıq yalnız abituriyentlər deyil, ibtidai sinif şagirdləri də müəllim yanına hazırlıqlara yönləndirilir. Bu, cəmiyyət üçün ciddi siqnaldır. Əslində ibtidai təhsilin əsas məqsədi uşaqlara yazı, oxu, hesab və məntiqin ilkin vərdişlərini aşılamaq, onların müstəqil düşünmə və öyrənmə bacarıqlarını inkişaf etdirməkdir.

Bəs görəsən ibtidai sinifləri hazırlıqlara yönləndirmək nə dərəcədə doğrudur?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:

"Təhsil haqqında" Qanunun 15-ci maddəsində də ibtidai təhsil pilləsinin vəzifəsi açıq şəkildə göstərilir: bu mərhələnin başlıca missiyası uşaqların "əsas bilik, bacarıq və vərdişlərə yiyələnməsi, onların intellektual və mənəvi inkişafının təmin olunmasıdır" Amma bu norma praktikada icra olunmur. Əksinə, müəllimlərin bir qismi şagirdləri öz hazırlıq qruplarına cəlb edir, valideynlər də uşaqlar digərlərindən geri qalmasın deyə məcburən hazırlıq dərslərinə göndərirlər.

Statistik göstəricilər də vəziyyətin miqyasını ortaya qoyur. Hazırda ibtidai siniflərdə 600 mindən çox uşaq təhsil alır. Onların yüz minlərlə ailəsi dərs ili başlamazdan öncə əlavə hazırlıq üçün vəsait xərcləyir. Bakı şəhərində aparılan qeyri-rəsmi sorğular göstərir ki, ibtidai siniflərin azı 40–45 faizi repetitor yanına gedir. Bu isə illik hesabla milyonlarla manatın valideynlərin cibindən çıxması deməkdir. Dövlət məktəbinin pulsuz verdiyi təhsil, faktiki olaraq, paralel ödənişli xidmətə çevrilir. Bunun nəticəsində sosial ədalətsizlik dərinləşir: imkanlı ailələrin uşaqları əlavə hazırlıqla irəli gedir, imkanları məhdud ailələrin uşaqları isə geri qalır.

Mənfi tərəflər açıq şəkildə ortadadır. Birincisi, uşaqlar həddən artıq yüklənir, onların oyun və asudə vaxtı azalır. İkincisi, məktəb təhsilinə inam aşağı düşür, çünki valideynlər artıq məktəbin özündə verilən biliklərin yetərli olmayacağına inanırlar. Üçüncüsü, müəllimlərin bir qismi tədris prosesində öz hazırlıq qruplarını stimullaşdırmaqla təhsil bərabərliyini pozur. Bu vəziyyət həm etik, həm də pedaqoji baxımdan qəbuledilməzdir. "Ümumi təhsil haqqında" Qanunun 6-cı maddəsində hər bir şagirdin keyfiyyətli təhsil almaq hüququ təsbit olunub, amma ibtidai sinif şagirdlərinin böyük qismi keyfiyyətli təhsili yalnız əlavə hazırlıq vasitəsilə əldə edə bilir.

Müsbət tərəf kimi göstərmək olar ki, son illərdə müəllimlərin sertifikasiya prosesi tətbiq edilib, dərsliklərin yenilənməsi istiqamətində müəyyən addımlar atılıb. Amma bunlar problemi həll etmir, çünki sistemli və davamlı islahatlar yoxdur. Məsələn, ibtidai sinif dərsliklərində hələ də yaş xüsusiyyətlərinə uyğun olmayan mövzulara rast gəlinir, təlim metodikası isə köhnədir. Müəllimlərin bir qismi müasir pedaqoji yanaşmalardan xəbərsizdir. Bu isə hazırlıq dərslərinə tələbatı artırır.

Dünya təcrübəsi tam fərqli mənzərə göstərir. Finlandiya, Estoniya və Cənubi Koreya kimi ölkələrdə ibtidai sinifdə repetitorluq anlayışı demək olar ki, mövcud deyil. Finlandiya məktəblərində dərs yükü az, metodika isə interaktiv və oyun əsaslıdır, nəticədə uşaqlar dərsləri məktəbin özündə mənimsəyirlər. Estoniya müəllimlərinin hər biri müasir metodlarla işləməyə borcludur və dövlət tərəfindən dəstəklənən fasiləsiz təlim proqramlarına qatılırlar. Almaniyada ibtidai siniflərdə şagirdlərin qiymətləndirilməsi əsasən formativ üsullarla aparılır, məqsəd rəqabət yox, öyrənməyi sevdirməkdir. Azərbaycanda isə rəqabət və valideyn narahatlığı daha erkən yaşlardan uşaqları təzyiq altında saxlayır.

Əgər bu vəziyyət davam edərsə, gələcəkdə məktəb və repetitorluq arasındakı sərhəd tamamilə silinəcək, məktəb yalnız formal bir məkana çevriləcək. Dəyişiklik üçün ilk növbədə ibtidai sinif proqramı və dərslikləri uşaqların psixoloji inkişafına uyğunlaşdırılmalı, repetitorluğun qarşısını alan mexanizmlər tətbiq edilməlidir. Müəllimlərin əlavə hazırlıq qruplarına uşaq cəlb etməsinə ciddi nəzarət mexanizmi qurulmalı, valideynlər marifləndirilməlidir ki, ibtidai sinifdə repetitorluq uşağın inkişafına kömək etmir, əksinə, yüklənməsini artırır.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir strateji proqram təqdim etmir. Nazirliyin fəaliyyəti yalnız formal hesabatlarla məhdudlaşır, ibtidai təhsilin real problemləri ictimai müzakirəyə çıxarılmır. Halbuki Nazirlik "Təhsil haqqında" Qanunun 5-ci maddəsinə əsasən təhsilin inkişafı üçün strateji planlar hazırlamalıdır. Amma nə proqnozlar var, nə də valideynlərin narahatlıqlarını aradan qaldıracaq mexanizmlər. Bu, ciddi boşluqdur və nəticədə ibtidai təhsil şagirdlər üçün əlavə hazırlıq yükü, valideynlər üçün isə maliyyə yükü deməkdir. Təhsil sistemi isə uşaqların bərabər imkanlarla inkişafını təmin etmək əvəzinə, fərqlilikləri daha da artırır.

Beləliklə, problem proqramın özündə deyil, onun tətbiqi və idarə olunmasındadır. Məktəb ibtidai siniflərdə öyrətməli, repetitor isə istisna olmalıdır. Əgər Elm və Təhsil Nazirliyi bu istiqamətdə təcili və köklü addımlar atmasa, ibtidai sinif uşaqları hələ uzun müddət repetitorluğun məcburi müştəriləri olaraq qalacaqlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6083   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO

Türkiyənin Batman şəhərində Balıqçılar bazarında satışa çıxarılan 1,5 metr uzunluğunda və 69 kiloqram ağırlığında nəhəng balıq diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, Cizrə bölgəsindəki Botan çayından tutulan balığı görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər. 32 ildir balıqçılıql

17 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr