Boynunuzun qalın olması insult və diabet XƏBƏRDARLIĞIDIR
Ənsə nahiyəsində ortaya çıxan bir əlamət insult riskinə xəbərdarlıq edə bilər. Kişilərdə enli və sıx boyun çox vaxt sadəcə bədən quruluşunun anatomik xüsusiyyəti hesab olunur və bir çox insan bunu valideynlərindən irsi olaraq aldığını düşünür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, müasir tibb boyun çevrəsinin böyük olmasını orqanizmdə baş verən daxili pozğunluqların ciddi göstəricisi kimi qiymətləndirir.
Mütəxəssislərin fikrincə, bu problem həm kişilər, həm də qadınlar üçün актуaldır və bu nahiyədə artıq piy yığılması ürək-damar fəsadları, insult və digər təhlükəli xəstəliklərin erkən və dəqiq siqnalı ola bilər.
Bu nahiyədə piy yığılması çox vaxt qarın boşluğundakı daxili orqanları əhatə edən gizli visseral piylə əlaqəli olur. Buna görə ayaqları nisbətən incə, lakin boynu qalın olan insanlar yüksək risk qrupuna daxil edilir. Belə piy paylanması ürək və damar sistemi üçün aşağı bədən hissəsinin klassik piylənməsindən daha təhlükəli hesab olunur.
Boynun qalınlaşması hər zaman artıq çəki ilə bağlı olmur. Bəzən bu, qalxanabənzər vəzin böyüməsi və ya düyünlərinin yaranması ilə əlaqəli ola bilər. Belə hallarda əlavə simptomlar müşahidə olunur:
• Hipotireoz zamanı: üşümə, dəri quruluğu, qəbizlik və səbəbsiz çəki artımı.
• Hipertireoz zamanı: ürəkdöyünmə, əl titrəməsi, əsəbilik və arıqlama.
Boynun qalınlaşması bədənin ciddi problemlər barədə erkən xəbərdarlıq siqnalı ola bilər. Boyun çevrəsinin vaxtında ölçülməsi, əsas laborator analizlərin izlənməsi və terapevtlə məsləhətləşmə ürək-damar xəstəliklərinin erkən mərhələdə qarşısını almağa kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 479 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabrKöməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi
13 sentyabrQızıl almaq istəyənlərin diqqətinə
Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib
12 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrİlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın 13-cü övladının anası Eşli Sent-Klerə susması müqabilində 40 milyon dollar təklif edildiyi iddia olunub. -a istinadən bildirir ki, Sent-Kler bu təklifi qəbul etmədiyini açıqlayıb. Sent-Klerin sözlərinə görə, 40 milyon dollarlıq təklif Mask haqqınd
12 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabr