Orxan Nadirov: "Əhd eləmişdilər ki, İlhamə Quliyeva ölsün, sonra ..."
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov son günlər haqqında yayılan xəbərlərə münasibət bildirib.
Orxan İ.Quliyevanın bacısı Gülbahar xanımın onunla bağlı dediyi "Orxan şou yaratmasın. İl mərasimini bacıları edəcək" ifadəsindən danışıb.
O.Nadirov bildirib ki, tək məqsədi anasının ruhunun şad olmasıdır:
"Anam dünyasını dəyişəndə molla demişdi ki, il gələn il fevralın 24-də tamam olur. Ona görə də həmin ərəfədə mən açıqlama vermişdim ki, anamın ildönümünü fevralın 24-də keçirəcəyəm. 40 gün anama yas etmişəm, ili keçirtmək də mənim işimdir. 40 gün yasdan xəbəri olmayanlar indi məni şou yaratmaqda ittiham edir? Əslində onlar şou yaradıb bu cür ifadələr işlədirlər. Çox maraqlıdır, hamısı əhd etmişdi ki, İlhamə Quliyeva ölsün var-dövləti üstündə dava edib, sonra ildönümü versinlər? Əvvəl gündən niyə etmirdilər? İndi yadlarına düşdü ki, bacılarıdır, qohumlarıdır, il verməlidirlər?
Orxan heç kimdirsə, niyə 40 gün yas verdi, heç biri yaxın durmadı, qonaq kimi gəlib getdilər? 40-dan sonra qohumluqları yadlarına düşüb? 40 gün yas verəndə də heç kimdən nəsə ummadım. İlk gündən dedim ki, özüm verəcəm yası, heç kim bir qəpik də ödəməsin. Bircə ailəmizin yaxın dostu Səkinə xala cümə axşamlarından birini vermək istədi, onun sözündən çıxa bilmədim. Bunu şou xatirinə etməmişəm, övladlıq borcumu yerinə yetirdim. İl mərasiminin keçirilməsində mənə Sərxan Kərəmoğlu, İlqar, Vadim və Valeri qardaşları və anamın dayısı nəvəsi Asif kömək edib. Kim zəng vurursa, hamıya da mərasimin keçiriləcəyi məkanı demişəm".
"Miras məsələsi nə yerdə qaldı? Qarşı tərəf deyir ki, hər şey onlara qalıb" sözlərinə Orxan belə cavab verib:
"Qarşıda Ali Məhkəmə var. Əvvəlcədən danışmasınlar. Xoşlamıram bu mövzu haqda danışmağı. Elə bil ki, hamısı əhd etmişdi ki, İlhamə Quliyeva dünyasını dəyişsin, onun var-dövləti üstündə müharibə başlasın. Dünya malı, bu dünyada qalacaq. Heç kim o dünyaya kəfəndən başqa heç nə aparmır. Məhkəmədə qaldırdığım iddia mirasla bağlı deyildi. Mən övladlığın qəbul edilməsi iddiasını qaldırmışam və davam da edirəm".
O.Nadirov İlhamə Quliyevanın onu rəsmi şəkildə övladlığa götürməməsindən danışıb:
"Düzdür, sənədləşmə olmayıb. İndi deyirlər Orxan heç kimdir, İlhamə onu qəbul etmirdi. Niyə İlhamə xanım övladıma nəvə deyirdi, toyumu edirdi, efirdə deyirdi gəlinim, oğlum? Sənədləşmə olmasa da, ictimaiyət tanıyır kiməm mən. Mən İlhamə Quliyeva öləndən sonra ortaya çıxıb deməmişəm ki, onun oğluyam. Sənədə çox da üstünlük verməmişəm. Bizim ailəmizdə bu cür hallara önəm verilmirdi. Nənəm Tükəzban xanım dünyasını 2008-ci ildə dəyişdi. Onun adına olan ev və bağ anamın adına 2010-cu ildə keçdi. Bizdə sənədləşməyə soyuq münasibət olub".
İ.Quliyevanın oğlu anasından qalan mirasdan söz açıb:
"Deyirlər bankda 300 min pul var. Həmin pul mənə məxsus olan evin pulu idi. Ev satılıb, pulu banka qoyulmuşdu. İlhamə xanım nəvəsi üçün ev almaq istəyirdi. Planlaşdırırdı ki, bankda olan o pulla övladıma mənzil alacaq. Anamdan bir avtomobil, yaşadığı ev, nənəmin mənzili və bağı qalıb. Onun ətrafda deyilən qədər böyük var-dövləti yoxdur. Burada milyardlıq heç nə qalmayıb".
Orxan hazırda anasının yaşadığı evdə qaldığını deyib:
"Hazırda bu evdə yaşayıram. Əgər qanun tələb etsə ki, evi boşaldım edəcəm. Hər şey Allahın əlindədir. İl mərasiminə qədər bu mövzunu qabartmaq istəmirdim. Bundan utanıram, bu cür şeylə gündəmə gəlmək istəmirdim".
"İlhamə xanımın bacıları ilə aranızdakı mübahisənin əsl səbəbi nədir? Niyə razılığa gələ bilmirsiniz" sualına O.Nadirov "Aramızda vaxtında söz aparıb gətirənlər oldu. Ona görə də belə narazıçılıqlar yaşandı. Aradakı söz gəzdirənlərə nə onlar, nə də biz qulaq asmamalıydıq. Hər bir kəlməmin, ünvanıma deyilən sözlərin hamısına aydınlıq gətirəcəm. Amma il mərasimindən sonra" cavabını verib.
Mənbə: axşam.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Qalatasaray"dan gecə yarısı İkardi AÇIQLAMASI
"Pulu stolun üstünə qoydum, dedim ki, nə qədər qızıl varsa, götür"
Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar
"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA
Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə bağlı yeni detallar məlum oldu (YENİLƏNİB)
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
Gündə bir fincan çay sümükləri qoruyur?
Bir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto
Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi
"Ailəsi məni istəməyə gəlmişdi, özü hoteldə yatırdı" - Video
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi
Azərbaycanda elektron siqaret - Qadağan edilir
Gözlənilməz kəşf Qədim Misirin mənşə tarixini yenidən yazdı
"Amnistiya aktı ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir" - Deputat