Lerikdə 400 minlik təmir - Layihəni vergi borcu olan şirkət icra edəcək
Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi şəhərin parklarında, küçə və səkilərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "M-House Construction" MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 403 199,68 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "M-House Construction" MMC 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
Açıq mənbələrdə nə "M-House Construction" MMC, nə də Əhliman Yunisov haqqında məlumat var. Şirkətin veb səhifəsinə və əlaqə nömrələrinə də rast gəlinmir.
Araşdırmalrımız zamanı məlum olub ki, "M-House Construction" MMC-nin hazırda 7 154,27 manat vergi borcu var. Qanunvericiliyə görə vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakı qadağandır.
"M-House Construction" MMC 4 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, artıq "tender kralı" kimi tanınır. Şirkət təkcə 2024-2025-ci illərdə dövlət satınalmaları yolu ilə 7 milyon manata yaxın sifariş alıb.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi ötən il də Lerik şəhərinin parklarında, küçə və səkilərində yerinə yetiriləcək abadlıq, təmir və bərpa işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 398 144,86 manat olub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, 2022-ci ildən rayona rəhbərlik edir. Əkbər Abbasovun Lerik şəhəri üzrə namyəndəsi isə Ramal Məstiyevdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl
26 iyul 2021Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?
Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj
2 iyun 2021Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA
Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa
19 may 2021Azərbaycanda sosial ödənişlər nə qədər artıb?
Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə
31 iyul 2021Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA
Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların
6 may 2021Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ
4 sentyabr 2021Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI
18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval
18 may 2021