Süni intellekt sevgini də proqnozlaşdırmağı öyrəndi

Süni intellekt sevgini də proqnozlaşdırmağı öyrəndiİsraildəki Ben-Qurion Universitetinin alimləri tanışlıq tətbiqlərinin iş prinsipini imitasiya edən şəraitdə romantik cazibə hisslərini orta-yüksək dəqiqliklə proqnozlaşdıran maşın öyrənməsi modeli hazırlayıblar.

"Ölkə.az" xəbər verir ki, tədqiqat "Computers in Biology and Medicine" (CBM) jurnalında dərc olunub.

Eksperimentdə yaşı 23-dən 32-yə qədər olan 61 tələbə iştirak edib. Onlar potensial partnyorların fotolarına baxarkən beyin aktivliyi elektroensefaloqrafiya (EEQ) vasitəsilə qeydə alınıb. İştirakçılar kimləri bəyəndiklərini qeyd ediblər və sonra guya həmin şəxslərin onlara verdiyi "rəyləri" alıblar (əslində bu rəylər simulyasiya olunmuşdu). Bu yanaşma tanışlıq tətbiqlərinin əsas mexanizmini — cazibə və mümkün rədd edilməni — təkrarlamağa imkan verib.

Maşın öyrənməsi alqoritmləri beynin elektrik reaksiyalarını — yəni induksiya olunmuş potensialları analiz ediblər. Modellər iştirakçıların cazibəyə reaksiyasını 71,3% dəqiqliklə, rədd edilməyə isə 81,3% dəqiqliklə proqnozlaşdırıb. Daha az insanı cəlbedici hesab edən "seçici" iştirakçılarda alqoritmlər daha yaxşı nəticə göstərib. Alimlərin fikrincə, bu, onların neyron siqnallarının daha ifadəli və xarakterik olması ilə bağlıdır.

"EEQ siqnallarını analiz etməklə tanışlıq tətbiqlərində istifadəçinin davranışını - məsələn, sağa və ya sola sürüşdürmə qərarını - proqnozlaşdıra bilərik. Bu, emosiyaları anlamağa imkan verir: onlar kimisə cəlbedici hesab edirlərmi, yoxsa rədd edilmə ilə bağlı mənfi hisslər keçirirlər," - deyə tədqiqat müəllifləri qeyd ediblər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1730   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI

200-ci il "Qızıl top" mükafatının qalibi Luiş Fiqu 2025/26-cı il mövsümündə ilin futbolçusu mükafatına əsas namizədlərin adını açıqlayıb. -ın xarici mediaya istinadən məlumatına görə, portuqaliyalı qeyd edib ki, bu il vahid favorit müəyyən etmək olduqca çətindir. "Qızıl top" mükafatın

29 sentyabr
.

Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır

Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan

3 oktyabr
.

Ağrı dağında Nuhun gəmisinin axtarışı: Bəşəriyyəti təəccübləndirəcək məlumatlar əldə edilib

Türkiyənin Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışı zamanı diqqətçəkən nəticələr əldə edildiyi açıqlanıb. xəbər verir ki, bu barədə NTV telekanalına Türkiyənin Sivas Universitetinin professoru, beynəlxalq tədqiqat layihəsinin rəhbəri Cenkər Atilla bildirib. "2026-cı ildə Ağrı dağı ərazisind

28 sentyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr