Kobaxidze Prezident sarayına hücumla bağlı: "Günahkarlar məsuliyyətə cəlb olunacaqlar"
"Gürcüstanın paytaxtı Tbilisidə Prezident sarayının binasına hücumun bütün iştirakçıları müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar".
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
"Radikallar mitinqə əhəmiyyətli dərəcədə daha çox insan cəlb etməyə ümid edirdilər, lakin təşkilatçılar Azadlıq meydanını belə doldura bilmədiklərini görəndə təcili olaraq öz tərəfdarlarını zorakılığa çağırdılar. Onlar əvvəllər konstitusiya quruluşunu zorla dəyişdirmək planlarını açıqlamışdılar", - Kobaxidze qeyd edib.
Onun sözlərinə görə, hakimiyyət radikallara dəfələrlə xəbərdarlıq edib ki, zorakılıq tətbiq edilərsə, onlara qarşı sərt tədbirlər görüləcək.
"Bu gün bütün zorakılıq hərəkətlərinə son qoyulacaq və yaxın günlərdə qəti tədbirlər görüləcək. Çünki Prezident sarayında baş verənlər cinayətdir. Bu aksiyalarda iştirak edən hər kəs məsuliyyətə cəlb olunacaq", - baş nazir vurğulayıb.
Kobaxidze həmçinin bəyan edib ki, mitinq təşkilatçıları xarici agent kimi çıxış edib və onlara verilən tapşırıqları yerinə yetirirlər.
O əlavə edib ki, Prezident sarayında baş verən qarşıdurmalar zamanı biri ağır olmaqla, bir neçə polis əməkdaşı yaralanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 546 Tarix: 05 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyul"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını
5 iyulYer Günəşdən maksimum uzaqlaşacaq
İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,
6 iyulİldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib. RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək. Layihəyə əsasən
5 iyulYəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
5 iyulYəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni
5 iyulBritaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
5 iyulTramp ŞİKAYƏTLƏNDİ: işinin çoxluğu üzməyə və kitab oxumağa mane olur
ABŞ prezidenti Donald Tramp bildirib ki, sıx iş qrafiki Ağ ev ərazisində üzgüçülük və qolf oynamaq da daxil olmaqla, asudə vaxtının qalmasına səbəb olur. "Uzun müddətdir çimərlik geyimi geyinmirəm - çox məşğulam", - -ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib. Tramp oxumağa vaxt
5 iyul