50 yaşdan yuxarı insanlar üçün tövsiyə olunan bir nömrəli yemək
Mütəxəssislərin fikrincə, 50 yaşdan sonra bədənin qidalanma ehtiyacları dəyişir: daha çox zülal, minerallar və vitaminlər tələb olunur. Yaxşı xəbər odur ki, bu ehtiyacları qarşılamaq üçün nə əlavələrə, nə də dərmanlara ehtiyac var - düzgün qidalanma kifayətdir.
Sonxeber.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, idman diyetoloqu Roksana Əhsani bu yaş qrupu üçün bədəni gücləndirən və enerjili saxlayan sadə, lakin çox faydalı bir yeməyi "№1 seçim" adlandırır. Onun resepti cəmi üç inqrediyentdən ibarətdir: somon, bulqur və ispanaq.
Somonun faydaları
Somon 50 yaşdan yuxarı insanlar üçün əsl "super qida" sayılır. O, yüksək keyfiyyətli zülalla zəngindir və əzələ itkisini (sarkopeniya) önləməyə kömək edir.
Araşdırmalara görə, bu yaş qrupundakı insanların gündəlik zülal ehtiyacı bədən çəkisinin hər kiloqramına 1–1,2 qramdır. Məsələn, 70 kq çəkili bir insanın gündə 68–82 qram zülal qəbul etməsi lazımdır, bir somon filesi isə bu miqdarın təxminən üçdə birini təmin edir.
Somon eyni zamanda D vitamini mənbəyidir – bu vitamin sümükləri möhkəmləndirir və osteoporozun qarşısını alır. O, həmçinin immun sistemini və beyin funksiyalarını dəstəkləyir. Somonda sink, A vitamini və qlutamin də var ki, bunlar da immuniteti gücləndirir.
Yaş artdıqca orqanizmin B12 vitaminini mənimsəmə qabiliyyəti azalır. Somon isə bu vitaminin əla mənbəyidir və enerji səviyyəsini qoruyur, yorğunluğu azaldır.
Somonun tərkibindəki omega-3 yağ turşuları iltihabı azaldır, oynaq ağrılarını yüngülləşdirir və zehni fəaliyyətin iti qalmasına kömək edir.
Bulqurun faydaları
Yaşlandıqca həzm sistemi yavaşlayır, buna görə də lif daha vacib hala gəlir. Bulqur bütün taxıllar arasında lif baxımından ən zənginlərdəndir – bişmiş bir stəkanında 8 qramadək lif olur.
Bu qida bağırsaq fəaliyyətini normallaşdırır, xolesterini azaldır, şəkər balansını qoruyur və uzunmüddətli toxluq hissi yaradır. Bulqur həm də sümüklərin sağlamlığı üçün vacib manqan və əzələlərin fəaliyyəti üçün zəruri maqneziumla zəngindir.
Tədqiqatlar göstərir ki, gündə 2–3 porsiya tam taxıl məhsulu yeyən insanların ömrü uzanır və xroniki xəstəliklərə tutulma riski azalır.
İspanağın faydaları
Cəmi bir porsiya (iki stəkan çiy və ya bir stəkan bişmiş) ispanaq belə, idrak funksiyalarının zəifləməsini ləngidə bilər.
Ispanaq həm beyin, həm də sümük sağlamlığı üçün mühüm elementlərlə — kalsium, maqnezium və K vitamini ilə zəngindir. Bu maddələr sümükləri möhkəmləndirir və osteoporozun qarşısını alır.
Bundan əlavə, ispanaq görmə qabiliyyətini qoruyan iki güclü antioksidant — lutein və zeaksantin ehtiva edir. Onlar yaşla bağlı makulyar degenerasiya və katarakta kimi göz xəstəliklərinin qarşısını almağa kömək edir.(qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 965 Tarix: 20 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabrÜrək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
2 noyabrHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
1 noyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabr