"İkinci nəfəs" fenomeni: Nə vaxt yatmaq daha doğrudur? - Həkim izah edir

"İkinci nəfəs" fenomeni: Nə vaxt yatmaq daha doğrudur? - Həkim izah edirTəbiət müalicəçisi, doktor Kara "ikinci nəfəs" fenomenini və onun yuxuya təsirini izah edib.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, əgər insan saat 23:00 ilə 01:00 arasında yatırsa, orqanizmdə kortizol və melatonin hormonlarının təbii tarazlığı pozulur ki, bu da yuxunun keyfiyyətini pisləşdirir.

"Əgər siz 23:00–01:00 aralığında yatırsınızsa, hormonlarınıza zərər vurursunuz. Axşam kortizol səviyyəsi minimum olmalıdır ki, melatonin maksimuma çatsın və bədəni bərpa edən dərin yuxu təmin olunsun", deyə həkim "New York Post" nəşrinə bildirib.

Həkimin sözlərinə görə, bu saatlardan sonra orqanizm ikinci, bəzən üçüncü və dördüncü kortizol dalğası yaşayır:

"Bu dalğa melatoninin ifrazını azaldır, bəzən də gecənin ortasında qan şəkərinin düşməsinə (hipoqlikemiyaya) səbəb olur, nəticədə insan bir neçə saatdan sonra oyanır. Ən yaxşı yatmaq vaxtı təxminən saat 22:30-dur – bu halda ikinci kortizol dalğasından qaçmaq və səhər 06:30-da təbii şəkildə oyanmaq mümkündür".

Yuxu üzrə mütəxəssis Metyu Bird ("A.H. Beard" şirkətinin rəhbəri) də "ikinci nəfəs"in real fenomen olduğunu təsdiqləyib:

"Bu, axşam saatlarında bədənə qısa müddətli enerji axını gətirən təbii sirkadiyal ritmdir. İnsan dincəlmək vaxtı gəldikdə birdən canlanma hiss edə bilər. Əgər bu an yatmağa çalışsanız, yuxuya getmək çətinləşəcək və yuxunun keyfiyyəti aşağı olacaq".

Bird bildirib ki, əksər böyüklər üçün ən optimal yatmaq vaxtı 22:00–22:30 aralığıdır. Bu saatlar bədənin bioloji ritmləri ilə uyğunlaşır və enerjini bərpa edən dərin və REM yuxu fazalarını dəstəkləyir. Bununla belə, o qeyd edib ki, ideal vaxt fərdidir: yeniyetmələr bioloji olaraq gec saatlarda daha aktiv, yaşlı insanlar isə səhər erkən oyanmağa meyllidirlər. Yaşam tərzi, iş rejimi və "xoruz" (səhər aktiv) və ya "bayquş" (gecə aktiv) xronotipi də bu ritmə təsir göstərir.

Yuxu rejimini tənzimləmək üçün məsləhətlər

Metyu Bird aşağıdakı üsulları tövsiyə edir:

* Yatmaq vaxtını hər bir neçə gündə 15–20 dəqiqə geri çəkməklə tədricən dəyişmək;
* Yuxudan bir saat əvvəl parlaq ekranlardan uzaq durmaq;
* Yatmazdan əvvəl rahatlaşdırıcı vərdiş formalaşdırmaq (məsələn, kitab oxumaq, yüngül dartınma hərəkətləri);
* Hər gün eyni vaxtda yatmaq və oyanmaq;
* Axşam saatlarında kofein və ağır qidalar qəbul etməmək.

Yeni tədqiqat: beş fərqli "yuxu profili"

Avstraliyanın Sidney şəhərində yerləşən Vulkok İnstitutunun alimləri "PLOS Biology" jurnalında dərc olunan araşdırmada 770 gənc yetkinin yuxu göstəricilərini analiz edərək beş fərqli "yuxu profilini" müəyyən ediblər:

* "Zəif yatanlar" – narahatlıq və tez-tez oyanma ilə xarakterizə olunur;
* "Yuxuya davamlılar" – diqqət pozğunluğuna baxmayaraq, normal yuxuya malikdirlər;
* "Az yatanlar" – az yatır, qıcıqlanma və yaddaş zəifliyi yaşayırlar;
* "Yatmaq üçün vasitə qəbul edənlər" – yuxu dərmanlarından və əlavələrdən istifadə edirlər;
* "Pozulmuş yuxulular" – alkoqol, siqaret və ya susuzluq səbəbindən yuxuları keyfiyyətsiz olur.

Hər bir qrupun beyin fəaliyyətində özünəməxsus fərqlər müşahidə olunub. Alimlər hesab edirlər ki, bu, gələcəkdə narahatlıq və depressiya hallarının erkən diaqnozu və fərdi yuxu müalicəsi üsullarının hazırlanmasına kömək edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1001   Tarix: 29 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

1 noyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr