Əllərin və ayaqların rənginin dəyişməsi xəstəliyə işarədir
Həkim xəbərdarlıq edib ki, soyuq havada əllərdə və ya ayaqlarda dərinin rənginin dəyişməsi qan dövranının pozulmasına, xüsusilə də Reyno xəstəliyinə işarə edə bilər. Bu vəziyyətdə soyuq və ya stress təsiri ilə dərini qidalandıran kiçik arteriyalar daralır və qana axının qarşısı alınır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, MBBS və DPhil dərəcələrinə malik doktor O’Donovan izah edib ki, damar spazmı tipik simptomlara səbəb olur: uyuşma, batma hissi, soyuqluq və ya barmaqlarda ağrı. Zərər görən sahələr əvvəlcə ağarır, sonra göyərir, isinmədən sonra isə qızarır.
Bəzən bu proses şişkinlik və ya pulsasiya hissi ilə müşayiət olunur. Ən çox barmaqlar təsirlənsə də, xəstəlik bədənin digər hissələrinə burun, dodaq və ya qulaqlara da təsir göstərə bilər. Həkimin sözlərinə görə, istilik bərpa olunduqdan sonra belə qan dövranı dərhal normaya qayıtmır bu proses təxminən 15 dəqiqə çəkə bilər.
Mütəxəssis qeyd edib ki, Reyno xəstəliyinin dəqiq səbəbləri hələ məlum deyil, lakin əllərin və ayaqların damarlarının aşağı temperatur və ya emosional gərginliyə həddindən artıq reaksiya verdiyi ehtimal olunur. Ən geniş yayılmış tətikləyicilər soyuq hava, buz və ya soyuq su ilə təmas, həmçinin psixoloji stressdir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 841 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrKişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4
31 oktyabrGörmə itkisinə aparan xəstəliklər hansılardır? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa
15 noyabrToyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil, paxlalılar
15 noyabrYuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman
14 noyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabr