Bu insanlar qırmızı ət yeməyi "unutsunlar"
Son araşdırmalar göstərir ki, qırmızı ətin həddindən artıq qəbulu həm ürək-damar xəstəlikləri, həm də bəzi xərçəng növlərinin yaranma riskini artırır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qidalanma üzrə mütəxəssislər insanların qırmızı ət istehlakını azaltmağı, onu daha çox balıq, toyuq və bitki mənşəli zülallarla əvəz etməyi tövsiyə edirlər.
Təhlükəli hesab edilən əsas amillər arasında qırmızı ətin yüksək yağ və xolesterin tərkibi, eləcə də qızartma zamanı yaranan kanserogen maddələr qeyd olunur.
Dietoloqlar vurğulayırlar ki, bədənin zülal ehtiyacını qarşılamaq üçün hər gün qırmızı ət yeməyə ehtiyac yoxdur. Əksinə, həftədə bir və ya iki dəfə, az miqdarda və bişirmə üsuluna diqqət edərək istifadə etmək sağlamlıq üçün daha faydalıdır.
Bəzi ölkələrdə artıq ictimai sağlamlıq proqramları çərçivəsində qırmızı ət istehlakının azaldılması təşviq olunur. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma həm insanların sağlamlığını qoruyacaq, həm də ətraf mühitə mənfi təsirləri azaldacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hovuz suyunda TƏHLÜKƏ: Uşaqlara necə təsir edir?
Hovuz suyunun dezinfeksiyasında xlor mühüm rol oynasa da, onun səviyyəsinin düzgün tənzimlənməsi vacibdir. Xlorun digər maddələrlə reaksiyası nəticəsində yaranan xloraminlər göz, dəri və tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər, xüsusilə qapalı hovuzlarda havalandırma da önəm daşıyır. Bəs, hovu
7 sentyabrQaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
1 sentyabrDişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
6 sentyabrNadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20 sentyabrÜrək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14 sentyabrAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16 sentyabrBədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
6 sentyabr