Bu xəstəlik sürətlə yayılır: kişilər TƏHLÜKƏ altında - ŞOK XƏBƏRDARLIQ
Ən ölümcül xərçəng növlərindən olan ağciyər xərçəngi sürətlə yayılmağa davam edir. Son illərdə xəstəliyin yayılma sürəti 15 faiz artıb.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, professor Abdullah Erdoğan bildirib ki, ağciyər xərçəngi dünyada ən çox rast gəlinən xərçəng növüdür:
"2022-ci ildə dünyada təxminən 2 milyon 480 min nəfərdə ağciyər xərçənginə yoluxma halları qeydə alınıb, 1,8 milyon insan isə bu xəstəlik səbəbindən həyatını itirib. Bu rəqəmlər ağciyər xərçənginin həm ən geniş yayılan, həm də ən ölümcül xərçəng növü olduğunu göstərir".
Erdoğanın sözlərinə görə, ağciyər xərçəngi xüsusilə kişilər arasında ən çox rast gəlinən xərçəng növüdür.
Mütəxəssis bildirib ki, ağciyər xərçəngi qarşısı alına bilən bir xəstəlikdir:
"Siqaretdən uzaq durmaq: Siqaret ağciyər xərçənginin 90 faiz səbəbidir. Tərgitdikdən sonra 5 il ərzində risk 30–50 faiz azalır.
Sağlam qidalanma və idman: Antioksidantlarla zəngin qidalar və müntəzəm hərəkət riski 20–30 faiz azaldır.
Ətraf mühit risklərindən qorunmaq: Radon, hava çirkliliyi və asbestlə təmas minimuma endirilməlidir.
Erkən müayinə: Aşağı doza KT müayinəsi erkən diaqnozla sağ qalmanı 60–90 faiz artırır.
Ailəvi risklərin izlənməsi: Ailədə xərçəngdən əziyyət çəkən olubsa, mütəmadi həkim nəzarəti vacibdir.
Alkoqol və piylənməyə nəzarət: Alkoqolun azaldılması və ideal çəkidə qalmaq əlavə riskləri azaldır".
"Siqareti tərgitdikdən sonra risk sürətlə azalır və 10–15 il ərzində siqaret çəkməyənlərin səviyyəsinə yaxınlaşır. Araşdırmalar göstərir ki, siqareti tərgitmək xərçəng diaqnozundan sonra belə həyat müddətini orta hesabla 22 ay uzadır", - professor yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabrÜrək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
2 noyabrHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
1 noyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabr