Alimlərdən iddia: İsa Məsihin möcüzə göstərdiyi yer tapılıb
Alimlərin fikrincə, İsa Məsihin Bibliyada təsvir olunan möcüzələrindən biri ilə bağlı qədim liman tapılıb.
Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin yazdığına görə, arxeoloqlar İsa Məsihin cinləri donuz sürüsünə qovduğu və sürünün suya atılaraq boğulduğu yeri aşkar ediblər. Qazıntılar Qalileyə dənizi yaxınlığında, gölün şərq sahilində yerləşən qədim Kursa şəhəri ərazisində aparılıb.
Ekspedisiyaya rəhbərlik edən "Associates for Biblical Research" təşkilatının nümayəndəsi doktor Skott Striplinq bildirib ki, bu kəşfə onları İncil mətnlərindəki ipucları, ərazinin coğrafi xüsusiyyətləri və sualtı xarabalıqlar gətirib.
İncilin Matta, Mark və Luka bölmələrində qeyd olunur ki, İsa qərbdən şərqə doğru qayıqla dənizi keçərək "legion" adlı cinlərdən azad olmayan bir kişi ilə qarşılaşır. Bibliya təsvirinə görə, həmin yerin yaxınlığında qayalar, qəbirlər və donuzların dənizə atıldığı dik yamac yerləşirdi. Kursa ərazisinin relyefi bu təsvirlərlə tam uyğun gəlir.
Açar rolunu qədim Roma dövrünə aid, qismən su altında qalmış liman oynayıb. Onun yaxınlığında arxeoloqlar iri daş anbar – canlı balıqların saxlanması üçün qədim "akvarium" aşkarlayıblar. 1985-ci ildə aparılmış qazıntı hesabatlarına əsaslanaraq, alimlər 2023-cü ildə həmin limanı yenidən axtarmağa qərar veriblər.
Sualtı tədqiqat zamanı tədqiqatçılar iki körpü forması yaradan iri daş bloklar aşkar ediblər. "Biz daşlara toxunduğumuz anda bunun Roma dövrünə aid həqiqi liman olduğunu anladıq", deyə Striplinq bildirib.
Tapılan liman Bibliyada göstərilən marşrutla tam üst-üstə düşür: İsa Kapernaum şəhərindən çıxaraq gölün şərq sahilinə gəlir, yaxınlıqda qayalar və qəbirlər yerləşir – bu da Müqəddəs Yazılarda qeyd olunan əlamətlərdir. Limandan bir neçə yüz metr aralıda isə donuzların suya atıla biləcəyi uçurum mövcuddur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 831 Tarix: 06 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktla
6 sentyabrAparıcı Sara ölüm cəzasına MƏHKUM EDİLDİ
Misir məhkəməsi keçmiş televiziya aparıcısı Sara Xəlifəni və daha 11 nəfəri narkotik vasitələrin qanunsuz istehsalı və saxlanması işi üzrə ölüm cəzasına məhkum edib. Bu barədə "Masrawy" portalı məlumat yayıb. Məlumata görə, daha doqquz təqsirləndirilən şəxs ömürlük həbs cəzasına məhkum edilib
6 sentyabrPolşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq
Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. "Report" xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayını
6 sentyabrTürkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi i
6 sentyabrUruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniya bölgəsind
6 sentyabrBerlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı
Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində
6 sentyabrRodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel
6 sentyabrPutinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR
Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib
6 sentyabr