D vitamini həddindən artıq içilərsə, hansı nəticələr verə bilər?
Son illərdə D vitamini qəbulu bir çox insan üçün normaya çevrilib. Lakin bu vitaminin orqanizmdə yüksək tərkibdə - 150 ng/ml-dən yuxarı olması qanda kalsiumun toplanmasına gətirib çıxara bilər ki, bu da onun ürək əzələsində, bağırsaq və mədə divarlarında çöküntü şəklində yığılmasına səbəb ola bilər.
Oxu.Az bildirir ki, bu barədə rusiyalı həkim, pediatr Yelena Aleksentseva "İzvestiya" nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, həmçinin artıq miqdarda D vitamini hüceyrə membranlarına və maddələr mübadiləsinə birbaşa toksik təsir göstərə bilər. Həddindən artıq dozada D vitamini qəbul etmək təkcə onun orqanizmdə miqdarının artmasına deyil, eyni zamanda orqanizm tərəfindən kalsiumun udulmasının artmasına da səbəb ola bilər ki, bu da hiperkalsemiyaya - qanda kalsium səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.
"Bu pozuntu fonunda həzm pozğunluqları, başgicəllənmə, yüksək dərəcədə halsızlıq və huşun qarışması kimi hallar ortaya çıxa bilər. D vitamini hipervitaminozunun digər bir nəticəsi K2 vitamini aktivliyinin pozulmasıdır ki, bunun nəticəsində sümük kütləsinin itkisi baş verə bilər. Həmçinin bu maddənin orqanizmdə artması böyrəklərin zədələnməsinə də səbəb olur", - deyə Yelena Aleksentseva əlavə edib.
Lakin sadəcə günəş altında qalmaqla və ya xüsusi diyet saxlamaqla D vitamininin orqanizm üçün təhlükəli səviyyələrinə çatmaq mümkün deyil: bu, yalnız dərmanlar və ya qida əlavələrinin qəbulu nəticəsində baş verə bilər. Həkim vurğulayıb ki, bu vəziyyət daha çox uşaq yaşlarında raxitin profilaktikasına yönəlmiş dərmanlar və əlavələrin qəbulu zamanı, xüsusən də balıq yağı əlavələri ilə eyni vaxtda qəbul edildikdə baş verir.
Aleksentseva qeyd edib ki, normal dozalarda D vitamini faydalıdır. Məsələn, D vitamini reseptorların insulinə həssaslığını artırır, sümük toxumasını gücləndirir, cinsi hormonların (testosteron, estrogen, progesteron) sintezini təşviq edir, reproduktiv funksiyanı yaxşılaşdırır, anadangəlmə və qazanılmış immunitetə təsir göstərir və şiş əmələ gəlməsinin, depressiyanın yaranmasının və Parkinson xəstəliyinin qarşısını alır.
Həkimin sözlərinə görə, D vitamini səviyyəsinə nəzarət və onun dəstəklənməsi üçün preparatların qəbulu ilk növbədə raxit, bədən kütləsi defisiti (azlığı), uzunmüddətli yataq rejimi, günəş altında məhdud qalma, 65 yaşdan yuxarı olanlar, osteoporoz və osteomalyasiya, malabsorbsiya sindromu, qaraciyər və böyrək xəstəlikləri, paratiroid vəzi, allergik və autoimmun xəstəlikləri, piylənmə, limfomalar və qranulomatoz xəstəlikləri olan xəstələr üçün tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabrÜrək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
2 noyabrHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
1 noyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabr