"Əminəm ki, ölkə başçısı tərəfindən təyin olunmuş yeni kadrlar onlara göstərilən etimadı doğruldacaq " - DEPUTAT

"Əminəm ki, ölkə başçısı tərəfindən təyin olunmuş yeni kadrlar onlara göstərilən etimadı doğruldacaq " - DEPUTAT"Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çox mühüm məsələlərə toxundu".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev tərəfindən təyin olunan yeni nümayəndə və başçılar ölkə başçısının onlara göstərdiyi bu böyük etimadı doğruldacaqlar:

"Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, cənab prezident İlham Əliyevin bütün tapşırıqlarımı yerinə yetirməlidirlər. Ölkə başçısı hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyi tapşırıqlar onlar üçün əsas iş prinsipləri ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaqlarıdır. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Yeni ölkə başçısının da vurğuladığı məmurla ilk olaraq xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə onlara olunan etimadı doğrultmadırlar. Əks təqdirdə digərləri kimi lazımi ölçülər götürüləcəkdir.

Bölgələrdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır.Magistral yollar tamamilə müasir standartlara cavab verir.
Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.

Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir. Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Bütün bu məsələlər dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll edilib. Əsas prinsip sosial ədalət prinsipidir. Qaldı ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bölgələrdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb".

Deputat vurğulayıb ki, Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında cənab prezident İlham Əliyevin apardığı uğurlu kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb:

Bu gün qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.Yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub.

Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir. Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir. Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur. Vaxtilə burada ekoloji fəlakət hökm sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq;

Ən önəmlisi isə Qara şəhəri Ağ şəhərə çevirdik. Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Ona görə burada qanunsuz fəaliyyət daha çox ekoloji ziyan vurur, nəinki neft-qaz sənayesi. Ona görə qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər verildi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, tikinti üçün lazım olan qanunsuz malların işlənməsi, istehsalı - bütün bunlar tənzimlənməlidir və qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir. Bir sözlə, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. İcra başçıları bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmalıdır. Əminəm ki, ölkə başçısı tərəfindən təyin olunmuş yeni kadrlar onlara göstərilən etimadı doğruldacaq və xalqın rəğbətini qazanacaqlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 543   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samuxda kütləvi zəhərlənmə

Samuxda zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Belə ki, 10-dan çox şəxs qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

15 iyul
.

"Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir" - DEPUTAT

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoqun intensivləşməsi iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsin

16 iyul
.

İstənilən adamın səsini anında çıxarır - (Video)

Hindistanlı gəncin qeyri-adi istedadını nümayiş etdirdiyi videolar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, gənc müxtəlif insanların səsini və danışıq tərzini yüksək dəqiqliklə təqlid etməsi ilə diqqət çəkib. Onun fərqli səsləri canlandırdığı görüntülər qısa zamanda milyonlarla izləyicini

16 iyul
.

"Məhəmməd Mustafanın səfəri Azərbaycan-Fələstin arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcək" - DEPUTAT

"Azərbaycan və Fələstin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa dəstək prinsipləri üzərində qurulub". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Azərbaycan və Fələstin arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Hər iki ölk

16 iyul
.

İsti havalarda telefonu uzun müddət şarjda saxlamayın - Mütəxəssislərdən xəbərdarlıq

Yay aylarında havaların həddindən artıq isti keçməsi mobil telefonlardan təhlükəsiz istifadə məsələsini daha da aktuallaşdırıb. Telefon təmiri üzrə mütəxəssislər istifadəçilərə cihazlarını uzun müddət şarjda saxlamamağı və saxta batareyalardan istifadə etməməyi tövsiyə edirlər. türk mediasına istinadə

17 iyul
.

44 yaşlı müəllim vəfat etdi

Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayeva vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 44 yaşında beyin qansızması nəticəsində dünyasını dəyişib. K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllim

15 iyul
.

"İnsanlar özlərini başqalarının baxışı ilə görməyə başlayıblar" - PSİXOLOQ

"Əslində, estetik müdaxilələrin hamısını mənfi qiymətləndirmək də doğru deyil. Amma son illərdə müşahidə etdiyimiz tendensiya artıq sağlam seçimdən daha çox sosial təzyiqin və təsdiq ehtiyacının nəticəsinə bənzəyir". Bu sözləri -a psixoloq Samirə Bağırova danışıb. O, açıqlamasında qeyd edi

17 iyul
.

"İndi nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Rusiya əvvəlki Rusiyadır" - Deputat

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, informasiya məkanının geosiyasi rəqabətin əsas meydanına çevrildiyi bir vaxtda, həm də qlobal informasiya və media diplomatiyasının mühüm müzakirə məkanlarından birinə çevrilib. İyulun 13-14-də "Sülhün təşviqində medianın missiyası: Həqiqəti

15 iyul
.

Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı - Axtarılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-i

15 iyul