"Qadağa qoyduğumuz hər bir şey, xüsusilə də uşaqlar üçün, daha cəlbedici görünür" - PSİXOLOQ

"Qadağa qoyduğumuz hər bir şey, xüsusilə də uşaqlar üçün, daha cəlbedici görünür" - PSİXOLOQMüasir dövrdə sosial media həm böyüklərin, həm də uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib.

Xüsusilə yeniyetmələr rəqəmsal platformalarda həm informasiya, həm də sosial əlaqə axtarırlar.

Buna görə də valideynlərin ən çox düşündüyü sual ortaya çıxır: Uşaqlara sosial medianı qadağan etmək lazımdırmı, yoxsa düzgün yönləndirmə ilə istifadəsini idarə etmək daha doğrudur? Bu mövzuda mütəxəssislər arasında fikir ayrılığı olsa da, uşağın psixoloji vəziyyəti, yaş səviyyəsi və ailə nəzarətinin keyfiyyəti həlledici rol oynayır.

Psixoloq Aytən Ələkbərova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Qadağa qoyduğumuz hər bir şey, xüsusilə də uşaqlar üçün, daha cəlbedici görünür. Bu səbəbdən sosial medianı tamamilə qadağan etməyə çalışmaq əks nəticə verə bilər. Ən doğru yanaşma, qadağa tətbiq etməkdən daha çox, uşaqları həmin fəaliyyətlərin doğura biləcəyi fəsadlarla tanış etməkdir. Uşaqlar nəyin niyə təhlükəli olduğunu dərk etdikdə, seçimin məsuliyyətini də daha doğru şəkildə daşıyırlar.

Sosial medianın yanlış istifadəsi nəticəsində baş vermiş real hadisələri uşaqlara yaşlarına uyğun şəkildə izah etmək çox vacibdir. Onlar təhlükəni abstrakt yox, real nümunələrlə tanıdıqda, məsafə saxlamağın əhəmiyyətini daha yaxşı anlayırlar.

Məsələn, mənim övladım sosial mediadan hər zaman yaşına və dərk səviyyəsinə uyğun şəkildə istifadə edib. Heç vaxt ondan asılı vəziyyətə düşməyib, çünki biz bu mövzuda onunla açıq və səmimi söhbətlər aparmışıq. Burada ailənin və valideynin yönləndirici rolu böyükdür. Bəzən müşahidə edirik ki, valideynlər uşaqları ilə məzmunlu söhbətlər aparmırlar, onların rəqəmsal dünyada nəyə rast gəldiyini, nə hiss etdiyini öyrənmirlər. Halbuki bu söhbətlər vasitəsilə biz uşaqlara qadağalardan daha vacib olan dəyərləri və məsuliyyət hissini aşılayırıq.

Doğru izah və düzgün istiqamətləndirmə olduqda, uşaqlar sosial medianı normadan artıq istifadə etmirlər. Bu gün bir çox uşaqda informativ yüklənmə nəticəsində yaranan stress və xroniki yorğunluq müşahidə olunur. Beyin davamlı məlumat axınından yorulduqda, uşaq sosial mediaya şüursuz, nəzarətsiz şəkildə daxil olmağa başlayır. Nəticədə isə daha çox neqativ məzmunlarla qarşılaşır və bu da onun psixoloji vəziyyətinə əlavə təsir göstərir.

Bu səbəbdən sosial medianı qadağan etməkdən daha səmərəli metod, uşağa düzgün media savadlılığı vermək, onunla açıq dialoq qurmaq, hisslərini anlamasına yardım etmək və istifadə sərhədlərini birgə müəyyənləşdirməkdir. Uşaq səbəbləri anladıqda, qadağaya ehtiyac qalmır."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1471   Tarix: 14 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr