"Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır" - Zahid Cəfərov
Departasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar.
Sonxeber.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri Zahid Cəfərov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-dakı çıxışı onlar üçün bir fəaliyyət istiqaməti olub:
"Həmin çıxış göstərdi ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan dövlətinin və bizim qarşımızda prioritet istiqamətlərdən biridir. Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır. Ermənilərin Azərbaycanlılara qarşı soyqırımı tarixdə geniş vüsət alıb. Departasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar. Ona görə də bu departasiya soyqırımı adlandırılmalıdır, çünki həmin hadisədə bütün məsələ etnik təmizləməyə yönəlmişdi".
Müsahibin sözlərinə görə, burada diqqət yetirilməli məqamlardan biri də milli təmizləmə məsələsidir:
"Biz Qərbi Azərbaycanda yaşayan kiçik etnik qruplar deyildik, milli kimliyi bəlli olan həmin ərazinin sakinləri idik. Ermənilərin soyqırımı fiziki məhvetmə ilə yanaşı, mənəvi məhvetməni də özündə ehtiva edirdi. Milli kimliyi məhv etmək fiziki məhvdən daha təhlükəlidir. Azərbaycan mədəni irsinə aid abidələrin məhv edilməsi mədəni soyqırımından başqa bir şey deyildi. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında Konvensiyada əks olunan büten cinayətləri ermənilər azərbaycanlılara qarşı törədib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 713 Tarix: 15 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr