DSX-nin baş çavuşu ürək çatışmazlığından yox, koronavirusdan vəfat edibmiş

DSX-nin baş çavuşu ürək çatışmazlığından yox, koronavirusdan vəfat edibmişDövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölüm səbəbinin koronavirus olduğu ekspertiza rəyi ilə müəyyən edilib. Onun xidmətdə olarkən vəfatı ilə bağlı başlanmış cinayət işində yeni detallar üzə çıxıb.

Sonxeber.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə üzrə aparılan istintaq nəticəsində 1995-ci il təvəllüdlü Pərviz Məmmədzadənin komandiri, baş leytenant cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq materiallarında qeyd olunur ki, baş çavuş bir neçə gün ərzində hərbi hissədə qızdırma, öskürək və digər respirator simptomlardan əziyyət çəkib. Lakin komandir onun xəstəliyini kifayət qədər ciddi qiymətləndirməyib və tibb məntəqəsinə göndərilməsini təmin etməyib. Əksinə, yalnız qaynar su ilə qəbul edilən toz dərman vasitəsi verilməklə xidmətdə qalması tapşırılıb.

Xəstəlik isə inkişaf edərək kəskin tənəffüs çatışmazlığına səbəb olub və Pərviz Məmmədzadə dünyasını dəyişib.

Gəncə Hərbi Məhkəməsi ilkin mərhələdə komandir barəsində bəraət hökmü çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, baş leytenantın ölümə səbəb ola biləcək səviyyədə xəstəliyi bilməsi sübut edilməyib.

Lakin dövlət ittihamçısı qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Prokuror məhkəməyə təqdim edib ki, komandir baş çavuşun xəstə olduğunu bilib və ona dərman verməsi də bunu təsdiqləyir. Eyni zamanda, hadisə üzrə digər hərbçilər də Pərviz Məmmədzadənin səhhətində problemlər olduğunu ifadələrində qeyd ediblər.

Gəncə Apellyasiya Məhkəməsi ittiham tərəfinin arqumentlərini əsaslı hesab edərək komandiri Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Cinayət işində mərhum baş çavuşun atası Baba Məmmədzadənin ifadəsi də yer alıb. O, komandirdən şikayətçi olmadığını, lakin oğlunun başqa şəxslər tərəfindən öldürüldüyünü iddia edib.

Ata, həmçinin qeyd edib ki, oğlu ölümündən bir neçə gün əvvəl zəng edərək hospitala yerləşdiriləcəyini deyib:

"Bizə xəstələndiyini demədi. Yıxıldığını, qolunun qırıldığını və buna görə hospitala gedəcəyini söylədi. Səsində burun tutulması hiss edirdim. Amma xəstə olmadığını dedi. Bizi narahat etmək istəməyib. Sonradan öyrəndik ki, qolu da qırılmayıbmış".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 907   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr