Beynin qocalmasını ləngidən qeyri-adi üç məhsul

Beynin qocalmasını ləngidən qeyri-adi üç məhsulAlimlər müəyyən ediblər ki, yaşıl çay, qoz və mankay adlı su bitkisindən ibarət gözlənilməz bir trionun qəbulu beynin gəncliyini qorumağa kömək edə bilər.

Sonxeber.az xəbət verir ki, mankay dünyanın ən kiçik yarpaqlı tərəvəzidir (təxminən 0,5 mm ölçüdə), kök və gövdəsi yoxdur və su hövzələrinin səthində inkişaf edir.

"Fox News"un yazdığına görə, Harvard Universiteti, İsrailin Ben-Qurion Universiteti və Almaniyanın Leypsiq Universitetindən olan alimlər 18 aylıq randomizə edilmiş tədqiqat zamanı təxminən 300 yetkin şəxsin qan zülallarını araşdırıb və onları iştirakçıların "beyin yaşı"nı qiymətləndirən MRT nəticələri ilə müqayisə ediblər. Nəticələr "Clinical Nutrition" jurnalında dərc olunub.

Birinci qrup aşağı miqdarda qırmızı və emal olunmuş ət, bol bitki mənşəli məhsullar üzərində qurulan yaşıl Aralıq dənizi dietasına əməl edib. İkinci qrup ənənəvi Aralıq dənizi dietasına riayət edərək qırmızı əti toyuq və balıqla əvəzləyib. Üçüncü qrup isə sağlam qidalanma üzrə standart tövsiyələrə əməl edib.

Nəticədə yaşıl Aralıq dənizi dietasına əməl edən iştirakçılarda beyin qocalması ilə əlaqələndirilən galektin-9 zülalının səviyyəsində ən böyük azalma müşahidə olunub və MRT görüntüləri onların real yaşlarına nisbətən daha "gənc" beyin göstərib.

"Galektin-9 səviyyəsinin azalması, yaddaş itkisi və Alzheimer kimi neyrodegenerativ xəstəliklərlə əlaqəli olan idrak funksiyalarının zəifləməsinə səbəb olan iltihabi proseslərin qarşısının alınması demək ola bilər", deyə tədqiqatın aparıcı müəllifi Ayris Şay "Fox News Digital"a bildirib.

Şayın sözlərinə görə, yaşıl çaydakı antioksidant birləşmələr, qozdakı faydalı yağlar və polifenollar bu təsirlərə töhfə verə bilər, mankay rəsqası isə bağırsaq-beyin əlaqələrini və metabolik prosesləri dəstəkləyir.

Mankay alimlərin diqqətini onun son dərəcə zəngin qida tərkibi səbəbindən cəlb edib. O, asan mənimsənilən B12 vitamini və dəmir ehtiva edən tam dəyərli bitki mənşəli zülaldır.

Eyni tədqiqat qrupunun əvvəlki işləri mankay bitkisini qan şəkərinə nəzarətin yaxşılaşması, metabolizmin güclənməsi, bağırsaq sağlamlığının artması və iltihabın azalması ilə əlaqələndirmişdi – bütün bunlar beyin və idrak funksiyalarına təsir edə bilər.

Bununla yanaşı, yaşıl çay və qozun özləri də mankay bitkisi əlavə edilmədən böyük müsbət təsir göstərib. Mankayın tapılması isə kifayət qədər çətindir.(qaynarinfo)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1209   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

1 noyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr