TikTok rəqəmsal rifah məkanını istifadəyə verir

TikTok rəqəmsal rifah məkanını istifadəyə verirVideoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok istifadəçilərinin rəqəmsal rifahına diqqət yetirməyə davam edir və tətbiqdə "Vaxt və rifah" adlı yeni bölməni istifadəyə verir. Bu bölmə istirahət, həmçinin TikTok-un şüurlu, rahat istifadəsi üçün yeni və mövcud funksiyaları birləşdirir.

Bu gün təqdim olunan yeniliklər platformanın bütün icma, xüsusilə də yeniyetmələr üçün təhlükəsiz və dəstək verən mühit yaratmağa yönəlmiş uzunmüddətli fəaliyyətinin bir hissəsidir.

Hazırda TikTok yeniyetmələrin hesabları üçün 50-dən çox funksiya və tənzimləmə imkanı təqdim edir ki, bunlar gənc istifadəçilərin platforma ilə təhlükəsiz və rahat qarşılıqlı əlaqəsini təmin etməyə kömək edir. Bununla belə, hər bir ailənin və hər bir yeniyetmənin ehtiyacları fərqlidir və TikTok valideynlərə övladlarının hesabını daha çevik şəkildə idarə etməsinə imkan verən "Ailə Parametrləri" alətini təkmilləşdirməyə davam edir.

Bu ilin yenilikləri arasında valideynlərə övladlarının tətbiqdəki aktivliyini idarə etməyə imkan verən "Qeyri-aktiv vaxt" funksiyası da yer alır. Məsələn, yeniyetmənin fasilə verməsinin vacib olduğu hallarda valideynlər onun TikTok-a girişini müvəqqəti məhdudlaşdıra bilirlər. Bundan əlavə, TikTok yeniyetmələr üçün saat 22:00-da avtomatik aktivləşən meditasiya funksiyasını təqdim edib — bu funksiya gənclərin günü sakit şəkildə yekunlaşdırmasına kömək edir. Daha sonra bu funksiya bütün istifadəçilər üçün əlçatan olub və artıq milyonlarla insan platformada meditasiya seçimindən dincəlmək və yenilənmək üsulu kimi istifadə edir.

Rəqəmsal rifahın yaradılmasında növbəti addım TikTok-un ekspertlər və Gənclər Şurası ilə birlikdə hazırladığı "Rəqəmsal rifah missiyaları" təşəbbüsü olub. Bu, istifadəçilərin sağlam və şüurlu rəqəmsal vərdişlər formalaşdırmasına kömək edən qısa, cəlbedici tapşırıqlar seriyasıdır. İlk seriyadakı missiyalar TikTok-un mövcud alətləri ilə tanışlıqdan ibarətdir: "Yuxu vaxtı" və "Ekran vaxtı" funksiyaları, "Ailə parametrləri", "Təhlükəsizlik alətləri" və "Rəqəmsal rifah" bölmələri. Hər bir belə tapşırıq üçün istifadəçilər xüsusi nişanlar qazana bilirlər ki, bu nişanlar platformadan şüurlu istifadə üzrə irəliləyişlərini izləməyə imkan verir.

TikTok-dan şüurlu və rahat istifadə üçün vahid məkan

TikTok rəqəmsal rifah məkanını istifadəyə verirMüsbət rəqəmsal təcrübə yalnız ekran vaxtının idarə olunması demək deyil. Bu, texnologiyadan istifadəyə nəzarət hissi və onlayn keçirilən zamanın faydalı olması, şəxsi rifaha töhfə verməsi anlamına gəlir.
Bu gün TikTok növbəti addımı atır — əvvəlki ekran vaxtı idarəetmə səhifəsini əvəz edən "Vaxt və rifah" adlı ayrıca bölməni təqdim edir. Bu bölmə rahatlamağa, yenidən enerji toplamağa və daha şüurlu rəqəmsal vərdişlər formalaşdırmağa kömək edən genişləndirilmiş alətlər toplusu təklif edir. Belə bir təşəbbüsün aktuallığını araşdırmalar da təsdiqləyir: sorğulara əsasən, TikTok istifadəçiləri platformadan istifadə etməyənlərlə müqayisədə meditasiya və şüurluluq təcrübələrinə 14% daha çox maraq göstərirlər.*

Platformanın istifadəçilərinə təqdim olunan yeni funksiyalar arasında bunlar yer alır:

• Gündəlik təsdiq dəftəri gün üçün motivasiyaedici məqsədlər təyin etməyə imkan verir. Ümumilikdə 120-dən çox affirmasiya kartı mövcuddur; bu kartlardan həm fərdi şəkildə istifadə etmək, həm də başqaları ilə bölüşmək mümkündür.

• Sakitləşdirici səslər generatoru – yağış, dəniz dalğaları, çay axını və ya "ağ səs" kimi müxtəlif səslərdən ibarət seçim. Bu audio treklər rahatlamağa, konsentrasiyanı artırmağa və ya ətrafdakı narahatedici səsləri neytrallaşdırmağa kömək edir.

• Nəfəs məşqləri – gərgin gündən sonra diqqəti yenidən toplamağa, stress səviyyəsini azaltmağa, fokuslanmağa və ya yuxuya hazırlaşmağa kömək edən təlimlər. İstənilən vaxt fasilə vermək və daxili sakitliyi bərpa etmək üçün ideal alətlərdir.

TikTok rəqəmsal rifah məkanını istifadəyə verirYeni bölmədə həmçinin kontent müəlliflərinin praktiki tövsiyələr verən videoları da təqdim olunur: ekran vaxtı limitlərini necə tənzimləmək, tövsiyə lentini fərdiləşdirmək və "Ailə Parametrləri" funksiyasından necə istifadə etmək barədə izahlı materiallar.

"Vaxt və rifah" bölməsi hesabın parametrlərində əlçatandır. Bundan əlavə, istifadəçi gündəlik ekran vaxtı limitinə çatdıqda və ya "Yuxu saatı" funksiyası aktivləşdirildikdə ona keçid linkləri göstəriləcək. Həmçinin, sağlam rəqəmsal vərdişlərin formalaşmasına dəstək olmaq üçün bu bölmə "Fasilə ver" adlı videoya da inteqrasiya edilib.

Faydalı rəqəmsal vərdişlərin formalaşdırılması üçün yeni missiyalar toplusu

"Vaxt və rifah" bölməsinin işə salınması ilə eyni vaxtda TikTok dörd yeni rəqəmsal rifah missiyasını təqdim edir:

• "Yuxu saatları" missiyası. Bu missiyanı tamamlamaq üçün gecə saatlarında TikTok-dan istifadə etməmək tələb olunur. Yuxu saatları zamanı istifadəçilər meditasiya funksiyasından da yararlana bilirlər – bu, əlavə eksklüziv nişan qazanmağa kömək edir. Missiya səkkiz həftə davam edir və hər uğurla tamamlanan mərhələdə istifadəçilər öz "rifah ağaclarını" böyüdürlər.
• Gündəlik ekran vaxtı nişanı. Bu nişanı əldə etmək üçün istifadəçi gündəlik ekran vaxtı limitini təyin etmək və seçilmiş rejimə riayət etmək lazımdır.
• Həftəlik ekran vaxtı missiyası istifadəçilərin həftəlik ekran vaxtı hesabatını mütəmadi izləməsini və TikTok-da keçirdikləri vaxta daha şüurlu yanaşmalarını təşviq edir.
• "Rəqəmsal rifah səfiri" missiyası. Platforma sağlam rəqəmsal vərdişlərin formalaşdırılması missiyalarını sınamağa başqalarını dəvət edən istifadəçiləri təşviq edir.

TikTok istifadəçilərə, xüsusilə yeniyetmələrə texnologiyalardan daha şüurlu və inamlı şəkildə istifadə etməyə kömək etmək üçün böyük səylər göstərir. Yeni məkan yaradılarkən şirkət elmi tədqiqatlara əsaslanıb ki, bunlar göstərir: həddindən artıq sərt məhdudiyyətlər əks təsir göstərə bilər. Məhz buna görə TikTok Rəqəmsal Rifah Laboratoriyasının ekspertlərinə minnətdardır; onların əməkdaşlığı gənc istifadəçilərin rifahını həqiqətən dəstəkləyən funksiyaların hazırlanmasına imkan verib.
Bundan əlavə, platforma yeniyetmələrin, o cümlədən TikTok Gənclər Şurasının üzvlərinin fikirlərini də nəzərə alıb, həmçinin tədqiqatların nəticələrini – gənclərin üçdə ikisinin rəqəmsal vaxtı idarəetmə alətlərini faydalı hesab etdiyini göstərən məlumatları – qiymətləndirib. İlk test nəticələri yeni yanaşmanın effektivliyini təsdiqləyir: istifadəçilər "Vaxt və rifah" məkanına əvvəlki ekran vaxtı menyusuna nisbətən nəzərəçarpacaq dərəcədə daha tez-tez qayıdırlar, gündəlik təsdiq dəftəri isə bölmənin ən populyar yeni alətinə çevrilib.
*GWI, 18 yaş və yuxarı qlobal respondentlər arasında, 2025-ci ilin 1–2-ci rübü

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 479   Tarix: 21 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr